Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:46

QHT təmsilçiləri Prezident Administrasiyası qarşısında etiraz edirlər [Video]


QHT təmsilçiləri Prezident Administrasiyası qarşısında etiraz edirlər
Gözlə

No media source currently available

0:00 0:03:13 0:00
-
Bu gün 50-dək QHT rəhbəri və vətəndaş cəmiyyəti fəalı Prezident Administrasiyasının qarşısına toplaşıb. Onlar QHT-lər haqqında qanuna ötən həftə edilən dəyişikliklərə etirazlarını bildiriblər.

Etirazçıların hazırladığı bəyanatda vətəndaş cəmiyyətinə təzyiqlərdən, qanunvericiliyə edilən məhdudlaşdırıcı dəyişikliklərdən narahatlıq ifadə olunub. Bəyanat müəllifləri Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyaların təsbit etdiyi hüquq və azadlıqların pozulmasına diqqət çəkiblər.

AzadlıqRadiosunun müxbiri xəbər verir ki, etirazçılardan 5 nəfər Administrasiya binasına dəvət olunub.

Vətəndaş cəmiyyəti nümayəndələrini Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov qəbul edib.

Görüşdə iştirak edən iqtisadçı Qubad İbadoğlu deyir ki, görüş zamanı onları narazı salan məsələlər dinlənilib:

"Tahir Süleymanov bildirdi ki, bu sənəd Prezident aparatında yox, Milli Məclisdə hazırlanıb. Daha sonra əlavə edildi ki, vətəndaş cəmiyyətinin öz rəyini təqdim etməsi də yaxşı olardı. Vətəndaş cəmiyyətinin rəyinin hazırlanmasının bu işə yardımı edə bilər. Vətəndaş cəmiyyəti də yaxın 2 gün ərzində hüquqi ekspertizanı və rəyi hazırlayıb təqdim edəcək. "

*Dekabrın 17-də parlament «QHT-lər» və «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» qanunlara dəyişiklikləri qəbul edib imzalanması üçün prezidentə göndərdi. Bu dəyişikliklər ölkədə ifadə və birləşmə azadlığının daha da məhdudlaşdırılması kimi dəyərləndirilir. Belə ki, Ədliyyə Nazirliyinin QHT-yə verdiyi qeydiyyat sertifikatına 90 günlük limit qoyulur, məhkəmələrə yerli və xarici QHT-lərin fəaliyyətini bir illiyə qadağan etmək hüququ verir, qeydiyyat sənədlərinə tələb olunan dəyişiklikləri etməyənlərə cərimələr tətbiq olunur və s.

Bu ilin martında isə QHT-lər haqqında qanuna edilən dəyişikliklər donorlarla rəsmi qrant müqaviləsi imzalamayan QHT-lər üçün əlavə inzibati tələblər qoydu və qeydiyyatsız QHT-lərin maliyyə əldə etməsini də məhdudlaşdırdı.
XS
SM
MD
LG