Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:04

«Azadlıq» qəzetinin kollektivi etiraz aksiyası keçirib


“Azadlıq” qəzeti kollektivinin etiraz aksiyası
“Azadlıq” qəzeti kollektivinin etiraz aksiyası
-
Yanvarın 22-də “Azadlıq” qəzetinin kollektivi “Qasid” yayım firmasının qarşısında etiraz aksiyası keçirib.
Aksiya iştirakçıları “Azad mətbuatı boğanlara ar olsun!”, “Pulumuzu tələb edirik!” şüarları səsləndiriblər. Firmanın qəzetə olan 70 min manat borcunu ödəməsini tələb ediblər.
"Azadlıq" qəzeti kollektivinin etiraz aksiyası
"Azadlıq" qəzeti kollektivinin etiraz aksiyası
“Qasid” firmasının rəhbəri Mirkazım Kazımov aksiyaçıların qarşısına çıxıb. Deyib ki, firmanın qəzetə olan 60 min manat borcunu ödəmək imkan yoxdur, ancaq borcu ödəyəcəklər. “Qasid” rəhbəri hələlik firmaya satış üçün qəzet verməməyi təklif edib.
“Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev bildirib ki, firmanın qəzetə olan borcu 70 min manatdır, əməkdaşların maaşını ödəyə bilmirlər. Rahim Hacıyev deyir ki, firmanın borcunu ödəməməsi hakimiyyətin qəzetə təzyiq yollarından biridir.
“Qasid” firmasının rəhbəri Mirkazım Kazımov deyib ki, təkcə sizə deyil, başqa media orqanlarına da borcumuz var. “Dövlət azad mətbuatın olmasında maraqlıdır, qəzetlərin problemini həll edir. Biz də buna çalışacağıq”.
“Qasid” ilə “Azadlıq” qəzeti arasında problem ilyarımdan çoxdur yaranıb. Qəzetin əməkdaşları bundan əvvəl bir neçə dəfə oxşar aksiyalar keçirib.
XS
SM
MD
LG