Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:22

Obama və Putin 1.5 saat telefonda nədən danışdılar? (1 mart xronikası)

Rusiya parlamenti Ukraynada RF ordusunun istifadəsi üçün Putinə yaşıl işıq yandırdı. Kırm Rusiya silahlıraının nəzarətindədir. Onlar quru, hava və dəniz yollarını bağlayıblar. Obama Rusiyaya xəbərdarlıq etdi: Rusiya Krıma müdaxilə etsə, bu, onun üçün yaxşı qurtarmayacaq!

Krımda silahlı dəstələrin köməyi ilə Rusiyapərəst deputatlar Kırm Ali Radasının və nazirlər kabinetinin rəhbərliyini dəyişəndə sonra, yarımadaya gedən yollar və hava limanları silahlı dəstələr tərəfindən nəzarətə götürülüb. Yollara Rusiya Ordusuna məxsus hərbi texnika çıxarılıb. Ukraynanın sabiq prezidenti Yanukovych Rusiyanı hadisələrə müdaxilə etməyə çağırıb. Rəsmi Moskva Krımın müraciətini cavabsız qoymayacağını bəyan edib. Uktaynanın yeni rəhbərliyi Krımda baş verənləri pisləyib. AzadlıqRadiosu hadisələrin gedişini yaxından izləyib bu bloqu daim yeniləyir. Ən sonuncu postlar bloqun yuxarı hissəsindədir, onun sonundakı «davamı» düyməsi ilə blqou «səhifələyərək» günün əvvəlində dərc olunan xəbərlərlə tanış olmaq mümkündür.

05:16 2.3.2014
OBAMA VƏ PUTİN 1,5 SAAT TELEFONDA NƏDƏN DANIŞDILAR?
Mövzunu müəyyən etmək elə də çətin deyil - Ukrayna.

Martın 2-nə keçən gecə ABŞ və Rusiya prezidentləri arasında telefon danışığı olub. Zaman fərqinə görə müxtəlif günlərdə olan Obama (martın 1-i) və Putini (martın 2-si) ancaq saat zolaqları ayırmırdı, onların Ukraynada baş verənlərə münasibətlərindəki fərq daha dərin idi. 1,5 saat davam edən müzakirələrin detalları haqda xəbər verilmir. Sadəcə bildiri ki, Obama Putini beynəlxalq ictimaiyyətin sanksiyaları ilə hədələyib və ABŞ-ın belə bir kampaniyanın qabağında gedəcəyini vəd edib. Xəbər verilir ki, Obama Rus qoşunlarının dərhal geri çəkilməsini tələb edib və bildirib ki, Rusiyanın Ukraynada gedən proseslərə müdaxilə etməsi beynəlxalq qanunlara ziddir.

2 prezidentin 1,5 saat telefon ünsiyyətinə vaxt sərf etməsi kifayət qədər nadir hadisədir.

Lakin Putinin dedikləri haqda yayılan xəbərlərin kasadlığı onun Amerikalı tərəfdaşından xeyli az danışmasının, ya da Ağ evə nisbətən Kremlin daha qapalı qurum olmasının nişanəsidir. Putin bildirib ki, onun ölkəsinin Ukraynda öz maraqlarını müdafiə etmək hüququ var.

Söhbət ərəfəsində baş verın 2 xəbər diqqəti çəkir.

Martın 1-də Federasiya Şurasına müraciət edən Rusiya prezidenti öz müraciətinə deputatalardan müsbət cavab alandan sonra nümayəndəsi vasitəsilə bəyan edir ki, hələ qərar qəbul olunmayıb, prezident qoşun istifadəsi haqda sənəd imzalamayıb. Bu bəyanatı Putinin Qərbin təzyiqi altında tərəddüdü kimi yozdular.

Okeanın o tayında isə Obama ölkənin içindən gələn təzyiqlərə məruz qalıb, respulikaçıların düşərgəsindən Obamanın ünvanına kəskin ittihamlar səslənib. Tenessie ştatıdan olan senator Bob Corker tələb edib ki, Rusiyaya qarşı sanskiya tətbiq üçün artıq kifayət qədər əsas, genişmiqyaslı Rusiya müdaxiləsini gözləməyə ehtiyyac yoxdur. “Putində növbəti dəfə belə bir təəssürat yaranacaq ki, cəzasız qalaraq istədiyini edə bilər”- deyə Corker əlavə edib.
03:53 2.3.2014
KRIMA GÖNDƏRİLƏN RUS ƏSGƏRLƏRİNİN TƏVƏLLÜDÜNÜ KİM TAPAR?

Twitterdə yayılan foto belə bir şərhlə müşayət olunur: " #Putin Krıma lap sütul gəncləri göndərir. Heç kimə yazığı gəlmir..."
03:15 2.3.2014
G8 G7-yə ÇEVRİLİR?

Vaşiqnton Barack Obamanın G8 sammitində iştirakı haqda qərarı təxirə salır. Bu haqda Ağ evin bəyanatında bildirlir. Bu sammitin yayda Rusiyanın Soçi şəhərində keçirilməsi planlaşdırılrdı. Bəyanatada belə bir xəbərdarlıq səslənir ki, Rusiya güclü iqtisadi və siyasi təcridlə qarşılaşa bilər.

Davamı

XS
SM
MD
LG