Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:52

AzadlıqRadiosunun Krım tatarlarının dilində saytı işə başladı


Krım tatarlarının dilində internet səhifəsinin birinci səhifəsinin fotosu.
Krım tatarlarının dilində internet səhifəsinin birinci səhifəsinin fotosu.
-

AzadlıqRadiosunun Ukrayna xidməti Krım yarımadasında yaşayan xalqların dillərində internet saytları işə salır. Hələlik onlardan ikisi - tatarrus dilində saytlar fəaliyyətə başlayıb.

Tezliklə Krımın həyatına dair məlumatlar yayan 3-cü sayt – Ukrayna dilində sayt da işə başlayacaq.

Yarımadanın təxminən 2.3 milyonlu əhalisinin 58 faizini ruslar, 24 faizini ukraynalılar, 10 faizini tatarlarlar qalanı isə başqa kiçik etnik qruplar təşkil edir.

Ukraynanın tərkibində olan Krım Muxtar Vilayətində martın 16-da Rusiyanın himayəsi ilə referendum keçirilib və yarımada Rusiyaya birləşdirilib. Moskva artıq Ukrayna hərbi qüvvələrini zorla Krımdan qovur və ərazidə özünün idarəetmə qurumlarını yaradır.

Beynəlxalq təşkilatlar Krımın Rusiya tərəfindən zəbt edilməsini yolverilməz adlandırıraq buna görə Moskvaya qarşı sanksiyalar tətbiq edir.
XS
SM
MD
LG