Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:39

​Ermənistan BMT-də Rusiyanı dəstəklədi


Səsvermənin nəticəsi
Səsvermənin nəticəsi
-
Ermənistan cümə axşamı BMT Baş Assambleyasında əsas müttəfiqi olan Rusiyanı dəstəkləyərək Ukraynanın ərazi bütövlüyünü təsdiqləyən və Krımın anneksiyasını qanunsuz adlandıran qətnamənin əleyhinə səs verib.

GÖZLƏNƏNDƏN ARTIQ ÖLKƏ

100 ölkə sənədin lehinə, 11-i əleyhinə səs verib, 58 ölkə isə bitərəf qalib. Qətnamənin əleyhinə Ermənistan, Belarus, Boliviya, Kuba, Şimali Koreya, Nikaraqua, Rusiya, Sudan, Suriya, Venesuela və Zimbabve səs veriblər.

Çərşənbə günü Ermənistan xarici işlər nazirliyindəki mənbə AzadlıqRadiosuna demişdi ki, Ermənistan səsvermədə bitərəf qalacaq. Ümumiyyətlə, gözlənəndən artıq ölkə sənədin lehinə səs verib.

KİYEV YEREVANLA MÜNASİBƏTLƏRİ SAXLAYACAQ

Əksər müşahidəçilər Ermənistanın səsverməsini bu Cənubi Qafqaz ölkəsinin Rusiyadan getdikcə daha çox asılı olmasının göstəricisi sayırlar.

Ermənistan ötən sentyabrda Gömrük İttifaqına qoşulacağını bəyan edib.

Ukrayna Ermənistandakı səfirini geri çağırıb. Səbəb Serzh Sarkisian-ın Krım referendumu tanımasıdır.

Ukrayna səfirliyinin Yerevandakı təmsilçisi deyib ki, Ermənistanın səsverməsindən asılı olmayaraq Kiyevlə diplomatik münasibətləri saxlayacaq.
XS
SM
MD
LG