Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:05

Britaniya İnsan Haqları hesabatını açıqlayıb


Arxiv foto
Arxiv foto
Böyük Britaniyanın Xarici İşlər Nazirliyi 2013-cü il İnsan Haqları və Demokratiya hesabatını açıqlayıb.

Ancaq hesabatda Azərbaycana dair ayrıca bölmə olmasa da, belə bir qeyd yer alıb:

«Azərbaycanda insan haqlarının durumu 2013-cü ildə də narahatlıq yaradıb. İfadə azadlığına, mediaya məhdudiyyətlər davam edib. Diffamasiya haqqında qanunu İnternetə də aid edilib. Bakıdakı səfirliyimiz ifadə azadlığına dair ədalətli məhkəmə hüququnu araşdıran, Azərbaycanda mülki cəmiyyəti dəstəkləyən layihələri maliyyələşdirib. Dekabrda Bakıya səfəri zamanı, Xarici İşlər Naziri Prezident və xarici işlər naziri ilə görüşlərdə insan haqları məsələsini, Seçkilərin Monitorinqi və Tədrisi Mərkəzinin direktoru, dekabrda həbs olunmuş Anar Məmmədlinin işini qaldırıb».
XS
SM
MD
LG