98 il əvvəl rus rejissor Boris Svetlovun neftlə zəngin ərazilərdə bir parça çörəyə möhtac insanların həyatından bəhs edən "Neft və milyonlar səltənətində" filmini çəkdiyi ərazi - Balaxanı-Xorazanda vəziyyət indi necədir, fərq varmı? Abbas Atilay fotolarla danışır.
"Neft və milyonlar kəndi" - Balaxanı bu gün.

1
Balaxanı kəndi Bakının Şimal-Şərqində, Abşeron yarmadasının mərkəzində yerləşir. Bakının ən qədim kəndlərindən biridir. Qədimiliyi ilə yanaşı neftlə zənginliyi ilə də seçilir.

2
1869-cu ildə Balaxanıda ilk dəfə olaraq mexaniki vurma üsullu quyu qazılır, quyudan neft çox sürətlə çıxmış və üç gün ərzində həmin quyu ətrafı neft gölünə döndərmişdir. 1873-1878-ci illərdə Balaxanıda 47 belə güclü neft quyusu qazılıb. Bu dövrdə xarici şirkətlər Balaxanıda çoxlu torpaqlar əldə ediblər, Nobel qardaşları, Rotşild, Rokfeller kimi milyonçular, rus kapitalistləri mədənlər salıblar.

3
Robert Nobel 1873-cü ildə Bakıya gələrək Balaxanıda neft istehsalı ilə məşğul olmağa başlamışdır. Artıq XX əsrin əvvəllərində Balaxanıda onlarca yerli və xarici neft şirkətləri və onların mədənləri, karxanaları fəaliyyət göstərirdi.

4
Neftlə zəngin olmasına baxmayaraq tarixən yerli əhali o qədər də bu zənginlikdən fayda götürməyiblər. Hətta bu mövzu film mövzusu da olub. Rus rejissor Boris Svetlovun İbrahim bəy Musabəyovun əsəri əsasında 1916-cı ildə "Neft və milyonlar səltənətində" filmini Balaxanı yanındakı "Xorazan" adlı yerdə çəkmişdir.