Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:06

Növbəti Ermənistan hökuməti: Dağlıq Qarabağa baxış


Richard Giragosian
Richard Giragosian
.
Richard Giragosian


Aprelin 13-də Baş nazir Tigran Sarkisian istefa verəndən bu yana Ermənistan hökumətsizdir. Baş nazirin istefası avtomatik olaraq həm də onun hökumətinin – nazirlərin işdən kənarlaşması deməkdir.

Artıq prezident Serzh Sarkisian Baş nazir vəzifəsinə parlamentin spikeri Hovik Abrahamian-ın namizədliyini irəli sürüb. Konstoitusiyaya görə o, 3 həftə ərzində öz hökumətini formalaşdırıb təsdiq üçün parlamentə göndərməlidir.

Məsələyə geniş yanaşsaq, yeni hökumətin iş başına gəlməsi bir çox sahələrə, o cümlədən də xarici siyasətə və Dağlıq Qarabağ məsələsininə müəyyən təsirlər göstərə bilər.

Birinci növbədə yəqin ki, hökumətin tərkibində bəzi dəyişikliklər olarcaq. Geniş yayılmış ehtimallara görə, yeni hökumət xarici siyasətdən daha çox daxili iqtisadi məsələlərə diqqət yetirəcək. Çox güman ki, müdafiə və xarici işlər nazirləri keçmiş kabinetdən yeni kabinetə keçəcəklər və odur ki, siyasətdə qəfil real dəyişiklik baş verəcəyəni gözləmək olmaz.

İkincisi, bu mühüm hadisədən uzağa gedən dərin və misilsiz dəyişikliyin dərəcəsidir. Dinamik dəyişiklik və seçimlərin azaldığı bir şəraitdə, Ermənistanın xarici siyasəti istər ölkənin strateji partnyorluğunun təbiəti, istərsə də strateji oriyentasiya baxımından dəyişilmişdir.
Ermənistan “tarixin səhv tərəfində təcrid olunmuş”, “kölə ölkəy”ə, Rusiya prezidenti Vladimir Putinin yeni “dəmir pərdə” yaratmaq arzusunun əlində əsir dövlətə çevrilmək təhlükəsi ilə üzləşir.


Dərhal gözə çarpan dəyişiklik Ermənistan prezidentinin Rusiyanın rəhbərlik etdiyi Gömrük İttifaqının xeyrinə Avropa İttifaqı ilə Assosiasiya sazişindən üz döndərməsidir.

Buna baxmayaraq, spesifik sahələrdə müəyyən real dəyişikliklər baş verir. Ermənistanın Rusiya ilə partnyorluğu dəyişməz şəkildə qaldığından indi Ermənistan üçün ən böyük təhlükə onun Ruiyadan asılılığının dərinləşməsidir.


Bu asılılıq Ermənistanı bütün başqa sahələrdə, məsələn Ukraynaya qarşı təcavüzə münasibət məsələsində Rusiyanın girovuna çevirir.

eləliklə Ermənistan “tarixin səhv tərəfində təcrid olunmuş”, “kölə ölkəy”ə, Rusiya prezidenti Vladimir Putinin yeni “dəmir pərdə” yaratmaq arzusunun əlində əsir dövlətə çevrilmək təhlükəsi ilə üzləşir.

Ermənistan xarici siyasətinin əkiz sütünları olan Dağlıq Qarabağ və Türkiyə məsələsi isə geniş mənada olduğu kimi qalır.

Daha uzun müddətdə Ermənistanın xarici siyasəti iki aşkar səbəbə görə daha az sabit və daha az müqavimət gücünə malik bir siyasət şəklinə düşə bilər.

Birincisi ona görə ki, hazırda bir elitanın yerini başqa bir elitaya verməsi ilə nəticələnəcək və bir siyasi eranın sonunu yaxınlaşdıran dərin və dinamik keçid dövrü başlanıb. Elitaların yerdəyişməsi hətta ikinci və son müddətində olan hazırkı prezident Sarkisian-a heç bir aşkar xələfin olmadığı şəraitdə də nəzərə çarpır.

İkincisi, Ermənistan prezidenti kökü Dağlıq Qarabağa söykənən qüdrətli siyasi elitanın “Sonuncu Mogikan” təcəssüm etdirir.
İndiki qüdrət və mövqelərinə baxmayaraq Qarabağ elitasının siyasi gücü zəifləyir. Millətçi siyasət və təbliğat Ermənistanda daha işə yaramır...

Ehtimal ki, yeni elitanın millətçi xüsusiyyətlərə malik olmaması onun Qarabağ məsələsində cəsarətli addımlar atmaq qabiliyyətini məhdudlaşdıracaq.
Bu da deyilməlidir ki, spesifik Qarabag elitasının yaranması onun üzvlərinin ortaq mənşədən olmasına yox, bu elitanın hakimiyyətə gəlmək üçün Qarabağ müharibəsindən istifadə edərək mötədil siyasəti sıxışdırıb, daha davakar siyasəti bərqərar etmək qabiliyyətindən qaynaqlanıb.

Lakin indi qüdrət və mövqelərinə baxmayaraq Qarabağ elitasının siyasi gücü zəifləyir. Millətçi siyasət və təbliğat Ermənistanda daha işə yaramır. Hazırda gedən keçid də daha açıq və şəffafdır. Bu keçiddə rəqabət aparan qüvvələr özlərini Qarabağ elitasınına xas qüdrətin varisi kimi təqdim etməyə çalışırlar.

Parlamentin spikeri Hovik Abrahamian-ın ölkənin baş nazirliyinə irəli çəkilməsi də diqqətəlayiqdir. Belə ki, o yenicə yetişməkdə olan elitada müəyyən qüvvələri təmsil edir.

Yeni siyasi elitanın Qarabağ təcrübəsinə və yükünə malik olmaması iki ziddiyyətli ssenaridən birinə gətirib çıxara bilər.

Birinci halda Qarabağa birbaşa bağlılığın olmaması yeni siyasi variantlara imkan aça bilər. Lakin ehtimal ki, yeni elitanın millətçi xüsusiyyətlərə malik olmaması onun Qarabağ məsələsində cəsarətli addımlar atmaq qabiliyyətini məhdudlaşdıracaq.

Belə görünür ki, bu şəraitdə Dağlıq Qarabağa baxış hazırkı durğunluq vəziyyətini saxlayacaq və münaqişə tərəfləri arasındakı fikir ayrılığının miqyası dəyişməyəcək. Burada hər hansı real tərəqqi strateji baxış, dövlətçilik və siyasi iradə tələb edir. Bunlar isə həm Ermənistanda, həm də Azərbaycanda daha geniş demokratiyanın təşəkkülündən asılıdır.

Richard Giragosian Yerevanda mənzillənmiş
Regional Araşdırmalar Mərkəzinin direktorudur.
Müəllifin fikirləri onun özünə aiddir və
AzadlıqRadiosunun mövqeyini əks etdirmir.
XS
SM
MD
LG