Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:22

İqbal Ağazadə: «Parlament Amnistiya aktı qəbul etsin, siyasi məhbuslar azad edilsin»


İqbal Ağazadə
İqbal Ağazadə
-
Milli Məclisin aprelin 18-də keçirilən iclasında danışan deputat İqbal Ağazadə parlamentin Amnistiya aktı qəbul etməsi təklifi ilə çıxış edib. O deyib ki, Azərbaycanda heç bir cinayət törətmədiyi halda siyasi motivlərlə həbs olunmuş xeyli sayda insan var.

“İlqar Məmmədov, Tofiq Yaqublu, Qurban Məmmədovun məhkəmələri tam qanunsuz və sifarişlə keçirilir, onlar əsassız yerə həbsə atılıblar. NİDA Gənclər Hərəkatını üzvlərinin məhkəməsində prokuror onlara iş istəyib. Onlara 8 il, 7 il, 6 il 6,8 il həbs istənilməsi absurd məsələdir. O məhkəmələrdə şahidlər sifarişli şahidlərdən ibarətdir. Nə vaxta qədər ölkədə bu cür məhkəmə prosesləri davam edəcək? Neçə il həbs yatızdırıb o gəncləri sonra cəmiyyətə ötürəcəklər. Qarşıdan əlamətdar bayram günləri gəlir. Milli Məclis Amnistiya aktı qəbul etsin. Siyasi motivlərlə həbs olunanlar azadlığa buraxılsın. Heç bir cinayət törətmədiyi halda prokurorun o gənclərə bu qədər iş istəməsi prokurorluq orqanları üçün utancdır”.

ZİYAFƏT ƏSGƏROV: “AZƏRBAYCANDA SİYASİ MƏHBUS YOXDUR”

“Azərbaycanda siyasi məhbus yoxdur. Sadəcə konkret cinayət əməlinə görə Cinayət Məcəlləsinin müəyyən maddəsi ilə ittiham olunan şəxslər var.” Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bu bəyanatla çıxış etdi.

Deputat İqbal Ağazadənin siyasi məhbusların əfvi ilə bağlı çıxışına cavab verən həmkarı Siyavuş Novruzov da vitse-spikeri dəstəklədiyini bildirdi:

“Bunu uşaqları öyrədib əlinə molotov kokteyli verib polisə hücum edən insanlardan soruşun. Niyə xalqın uşaqlarını bədbəxt edirsiz? Azərbaycanda siyasi məhkəmə yoxdur. Bu termin hardan çıxdı? İndidən hələ çıxmamış qərarın üstünə kölgə salmaq olmaz. Hüquq müstəvisində çıxarılan qərardan narazı olanlar digər instansiyalara müraciət edə bilər. Avropa Məhkəməsinə müraciət edə bilərlər. Ölkədə dəfələrlə əfv fərmanları verilib. Ona görə yox ki, kimsə siyasi partiyanın üzvdürsə, o əfvə düşəcək. Kimin maddəsi bura düşürsə, o azad oluna bilər. İxtisasından asılı olmayaraq hər kəs qanun qarşısında cavabdehdir”.

Bundan sonra o, Ziyafət Əsgərovdan xahiş etdi ki, çıxışlara son qoyulsun və Hesablama Palatasının sədrinin çıxışı başlanılsın. Bundan sonra Hesablama Palatasının illik məruzəsinə başlanıldı.
XS
SM
MD
LG