Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:56

Arif Əliyev: “Düşünürəm ki, jurnalistin həbsi “Erdoganın siyahısı” ilə bağlıdır”


Rauf Mirqədirov
Rauf Mirqədirov
-
Rauf Mirqədirovun Türkiyədən Azərbaycana deportasiya edilməsu haqda xəbər yayılandan sonra məlum oldu ki, jurnaslit sadəcə olaraq yoxa çıxıb. Bazar günü məlum oldu ki, onu həbs ediblər. Haidsə ilə bağlı daim xəbərlər daim yeniləndiyindən sonuncu məlumatları mətnin əvvəlindədir.

16:10 – JURNALİSTİN HƏBSİNƏ REAKSİYALAR

Yeni Nəsil Jurnalistlər Birliyinin sədri Arif Əliyev:

“Rauf Mirqədirovun yazılarındakı tənqidlər ola bilsin hakimiyyətdə kimlərisə çox narahat edib. Deyim ki, bu görünən idi. Bəlkə də xəyanət deyəndə onun Ermənistana bir neçə dəfə konfranslara gedib-gəlməsini nəzərdə tuturlar. Bundan əlavə bir şey bilmirəm”.

Arif Əliyev Rauf Mirqədirovun Rusiyanı sərt tənqid etdiyinə görə, Moskvanın istəyi ilə həbs olunması barədə yazılanlara o qədər inanmır. Birlik sədri deyir ki, əlində konkret faktlar olmasa da, o bu həbsin “Erdoganın siyahısı” ilə bağlı olduğunu düşünür.

“Ərdoğanın səfərindən dərhal sonra bu kimi məlumatlar səslənib. Məhz ideologiya-informasiya sahəsində insanların təqib olunması və eyni prosesin Türkiyədə də başlanması bunun inandırıcı olduğuna dəlalət edən faktorlardır. Qaldı ki, Rusiya məsələsinə Rauf Mirqədirov həmişə Rusiyaya qarşı kəskin tənqidlərlə çıxış edib. Hətta bilirdim ki, bu tənqidlər Rusiyanın Azərbaycandakı səfirliyini də narahat edir. Bu, Rusiyaya görə olsaydı, indiyə qədər iki ölkə arasında daha həssas məqamlar olub, onda olardı”.

Jurnalist Şahvələd Çobanoğlu:

“Rauf Mirqədirov tanınmış jurnalistdir, çoxdanın jurnalistidir, bütün həyatı boyu dövlətə xəyanət edəcək bir cizgiyə sahib olmayıb. Özü də illərdir burada yaşamır. Amma biz illərdir indiki iqtidarın timsalında dövlətin öz vətəndaşına xəyanət etdiyini görürük. Hansısa qanunsuz motivlə vətəndaşı şərləyib həbs edirlər. Motivin bu dəfə nədən ibarət olduğunu da tezliklə biləcəyik”.

Rauf Mirqədirovdan tez-tez müsahibə alan jurnalist Natiq Cavadlı onun həbsinini daha çox Rusiyanı tənqid edən yazıları ilə əlaqələndirir:

“Mən demək olar ki, hər həftə ondan həm Azərbaycan, həm Rusiya , həm də Türkiyədə baş verən hadisələrlə bağlı geniş müsahibə götürürdüm. O, Rusiyanı ciddi tənqid edən yazılarla çıxış edirdi. Bundan baqşa o, Azərbaycan hakimiyyətini də kəskin tənqid edirdi. Misal üçün deyirdi ki, Heydər Əliyev dövrü ilə müqayisədə indi xeyli fərqlər var. Deyirdi Heydər Əliyev dövründə olan oyun qaydaları indi yoxdur. Korrupsiya, özbaşnalıq baş alıb gedir və s. Amma onun “Zerkalo” qəzetində Rusiya ilə bağlı yazdıqlarına bir də baxdım, düşünürəm ki, onu daha çox Rusiya ilə bağlı yazılarına görə həbs ediblər”.

Sülh və Demokratiya İnstitutunun yaydığı bəyanatda Rauf Mirqədirovun həbsinin daha çox Ermənistana səfərləri ilə bağlı ola biləcəyi qeyd olunur.
Bildirilir ki, Rauf Mirqədirov Azərbaycan və Ermənistan QHT-lərinin birgə keçirdiyi layihələrdə aktiv iştirak edib. Ona qarşı “dövlətə xəyanət” ittihamı irəli sürülməsi xalq diplomatiyasının inkişafına yardım edən vətəndaş cəmiyyəti fəallarının gələcək səfərlərinə mane olacaq.


14:30 - JURNALİST DÖVLƏTƏ XƏYANƏTDƏ SUÇLANIR

Türkiyədən deportasiya olunan jurnalist Rauf Mirqədirov həbs olunub. Bunu AzadlıqRadiosuna jurnalistin vəkili Fuad Ağayev deyib.

“Biz az əvəl Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi İbrahim Ləmbəranski zəng etdi. Müstəntiq dedi ki, o, Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılır. O bildirdi ki, Rauf Mirqədirov şübhəli şəxs qismində saxlanılıb. Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlanılıb. Rauf bəy istəyib ki, onun hüquqlarını mən qoruyum. Mənə çox gülməli gəlir ki, dörd il Türkiyədə yaşayan Rauf Mirqədirov dövlətə nə xəyanət edə bilər?..”
Gözlə
Embed

No media source currently available

0:00 0:00:32 0:00
Direct-ə keçid

Fuad Ağayevin dediyinə görə, o, aprelin 21-də Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə gedəcək.

12:17 - VƏKİLİ RAUR MİRQƏDİROVUN MTN-DƏ SAXLANDIĞINI EHTİMAL EDİR

Aprelin 19-da Türkiyədən Azərbaycana deportasiya olunan “Ayna”-“Zerkalo” qəzetlərinin Türkiyə təmsilçisi, jurnalist Rauf Mirqədirovun Bakıya gətirildiyi deyilsə də, indiyə qədər onun harada saxlanması ilə bağlı heç bir xəbər yoxdur.

“Ayna”-“Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlının AzadlıqRadiosuna dediyinə görə, ötən gündən davam etdirdikləri axtarışlar da bir nəticə verməyib.

Jurnalistin müdafiəsinə başlayan vəkil Fuad Ağayev Rauf Mirqədirovun Milli Təhlükəsizlik nazirliyində saxlandığını ehtimal edir.

“Raufun harada olması ilə bağlı heç bir rəsmi məlumat əldə edə bilməmişik. Amma ehtimal edirik ki, o, MTN-də saxlanılır. Adətən bu kimi saxlanmaları MTN həyata keçirir”.

Vəkilə görə, jurnalistin hansı qurum tərəfindən saxlanmasından asılı olmayaraq, artıq qanunvericiliyin tələbləri pozulub.

“Ümumiyyətlə ona imkan verilməli idi ki, zəng edib məlumat versin. Müdafiə hüququnun təmin olunması ilə bağlı mənə zəng olunmalı idi. Bunlar olmadığı üçün deyə bilərik ki, artıq pozuntular baş verib”.

Dörd ildən bəri Türkiyədə yaşayan Rauf Mirqədirovun akkreditasiyası aprelin 8-də dayanadırılıb. Ailəsi və işlədiyi media qurumunun rəhbərliyi jurnalistin polisin müşayiəti ilə Ankara-Bakı təyyarəsinə mindirildiyini və az sonra onun Bakıda olacağı barədə məlumat yayıb.

Amma deyilən tarixdə Bakı hava limanında jurnalisti gözləyənlər onu sözügedən təyyarə reysindən düşən sərnişinlər arasında görməyiblər.

“Yeni Müsavat”ın yazdığına görə, Rauf Mirqədirov özü təyyarədə olarkən başqa bir şəxsin telefonu ilə Ankarada yaşayan jurnalist Zaur Bayramlıya zəng edib, problemlərinin baş nazir Erdogan Bakıdan dönüşündən sonra başladığını bildirib.

Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərindən deyilənlərə hələki hər hansı münasibət almaq mümkün olmayıb.

19 APREL
"RAUFLA BAĞLI HEÇ BİR MƏLUMAT YOXDUR"


«Ayna»-«Zerkalo» qəzetlərinin baş redaktoru Elçin Şıxlı deyir ki, Rauf Mirqədirovun harada olması ilə bağlı hələ də bir xəbər ala bilmirlər:

«Daxili İşlər Nazirliyi və Sərhəd Xidməti ilə əlaqə saxlamışam. Oradan deyirlər ki, Raufla bağlı heç bir məlumatları yoxdur».

Baş redaktor Rauf Mirqədirovun Türkiyədən deportasiya olunmasının da səbəblərini bilmir:

«Bunu izah edə bilmirəm. Çünki heç bir rəsmi açıqlama verilməyib».

Rauf Mirqədirovun ailəsinin hələ də Türkiyədə olduğunu bildirən Elçin Şıxlı onların da Bakıya gəlmək istədiklərini deyir:

«Amma Raufla bağlı baş verən müəmmalı vəziyyət üzündən çaşqınlıq içindədirlər».

VƏKİL: O GƏLMƏYİB

Vəkil Fuad Ağayev AzadlıqRadiosuna bildirib ki, onlar hava limanında Rauf Mirqədirovu 2 saata yaxın gözləsələr də, o gəlib çıxmayıb:

«Ankara-Bakı reysi ilə uçan təyyarədə olan sərnişinlər hava limanını tərk etsələr də, Raufu onların arasında görə bilmədik. Türkiyədən deyirlər ki, Rauf Mirqədirov Ankara-Bakı reysinin sərnişinləri arasında olub. Heydər Əliyev adına Hava Limanında isə belə bir şəxsin gəlmədiyini söyləyirlər».

Fuad Ağayev deyir ki, hətta Rauf Mirqədirov saxlanıbsa belə, onun yaxınları, vəkilləri ilə əlaqə saxlamaq hüququ var:

«Hava limanında sərhəd, gömrük xidməti, o cümlədən MTN-in müvafiq şöbəsi var ki, ölkəyə gələn sərnişin bu yoxlanışdan keçir».

APA: RAUF MİRQƏDİROV SAXLANIB

apa-nın Heydər Əliyev adına Hava Limanında olan əməkdaşının verdiyi məlumata görə, R.Mirqədirov təyyarədən ensə də, onu pasport-nəzarət keçidində saxlayıblar.

XİN-İN AÇIQLAMASI

«Belə bir qərar verilibsə, demək, səbəbsiz deyil».

Azərbaycan XİN-in mətbuat katibi Elman Abdullayev bildirib ki, R.Mirqədirovun akkreditasiyası dayandırılıbsa, bu, həmin ölkənin səlahiyyətidir:

«Hər bir ölkənin özünün müstəqil akkreditasiya siyasəti var».

RAUF MİRQƏDİROV: YUXARIDAN GÖSTƏRİŞ GƏLİB

Rauf Mirqədirovun «Yeni Müsavat»a dediyinə görə, polisdən ona bildirilib ki, hər hansı qeyri-qanuni əməli ilə bağlı onlarda məlumat yoxdur. Sadəcə olaraq, Türkiyə hakimiyyətinin yüksək dairələrindən jurnalistin deportasiyası barədə göstəriş gəlib. Rauf Mirqədirova 12 ay müddətinə Türkiyəyə giriş yasağı qoyulub.

AVTOBUSDAN DÜŞÜRÜBLƏR

Jurnalist Rauf Mirqədirov Türkiyədən Azərbaycana deportasiya edilib.

Bu barədə Ankarada yaşayan jurnalist Şeyda Nəsibli AzadlıqRadiosuna bildirib.

O deyir ki, bir həftə əvvəl Rauf Mirqədirovun Türkiyədə media təmsilçiliyi ləğv edilib:

«Nə qədər çalışsa da, Rauf bəy bununla bağlı bir izahat ala bilməyib. Aprelin 18-də axşam ailəsi ilə birgə ölkəni tərk etmək üçün avtobusa minib. Amma 15 dəqiqə sonra polis avtobusu saxlayıb. Rauf Mirqədirov heç bir sənəd göstərilmədən əcnəbilərlə iş üzrə şöbəyə aparılıb. Onunla kobud davranılıb».

Rauf Mirqədirov 4 ildir ki, Türkiyədə yaşayırdı.

Bu, son iki ayda Türkiyədən deportasiya edilən ikinci Azərbaycan jurnalistidir.
XS
SM
MD
LG