Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 09:50

Ayrılan yollar: Rəsulzadə və Nərimanov


M.Ə.Rəsulzadə və N.Nərimanov
M.Ə.Rəsulzadə və N.Nərimanov
-
AzadlıqRadiosunun «İz» proqramı 28 aprel – işğal günü ərəfəsində öz arxivindən «Ayrılan yollar» verilişini diqqətə yetirir.

Proqramda M.Ə.Rəsulzadə və N.Nərimanovun yollarının nə vaxt və necə ayrılmasından söz açılır.

«İz»in bu buraxılışına Moskvada yaşayan tanınmış yazıçı və ədəbiyyatşünas-alim Çingiz Hüseynov bələdçilik edir.

– Nə deyirsiniz-deyin, 28 Mayın memarını (M.Əmin bəyi) 28 Aprelin qurbanıyla (N.Nərimanovla) barışdırmaq İstiqlalla İşğalı eyniləşdirməyə bənzəyir. Yoxsa bənzəmir? (Çingiz Hüseynovun «Bitmək bilməyən məktub» romanındakı iki qəhrəman – Əmin bəy və Nəriman bəy nəzərdə tutulur)

Verilişdə «Bu iki şəxsiyyəti bir-birindən nə ayırır və nə birləşdirirdi» sualına yazıçı Anarın, politoloq Zərdüşt Əlizadənin, mərhum tarixçi-alim Mehdi Məmmədovun, filosof Rəhman Bədəlovun cavabları da yer alıb.

«Doktor Nərimanovun səsyazısı qalıb-qalmayıb» sualına Dövlət Səs Yazıları Arxivinin direktoru Yaqub Mədətovun cavabı ayrıca maraq doğuracaq.

Və nəhayət, «Ayrılan yollar»da Doktor Nərimanın öz oğluna bitmək bilməyən məktubundan fraqmentləri, Əmin Bəyin «Əsrimizin Səyavuşu» və «Azərbaycan Cümhuriyyəti» əsərindən səsləndirmələri də eşidəcəksiniz.

AzadlıqRadiosunda 1920-ci ildə 28 maydan sonra gələn aprelin – qara aprelin izinə düşün…
XS
SM
MD
LG