Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 09:13

Milli Şura Leyla Yunusa təzyiqləri pisləyən bəyanat yayıb


Leyla Yunus
Leyla Yunus

Leyla Yunus insan haqlarını güzəştsiz və cəsarətlə müdafiə etdiyi üçün hədəfə alınıb.
Milli Şuranın Sülh və Demokratiya İnstitutunun direktoru, hüquq müdafiəçisi Leyla Yunusa qarşı təzyiqləri pisləyən bəyanatında belə deyilir.

Bəyanatda deyilir ki, «Azərbaycan hakimiyyəti bütün imkanlarını səfərbər edərək, tanınmış hüquq müdafiəçisi, ictimai xadim Leyla Yunusa qarşı 1937-ci il üslubunda repressiya fəaliyyətinə başlayıb. Heç bir əsas olmadan, həm də qanuna zidd addımlarla, işgəncə və təhqirlərlə onun özü və həyat yoldaşı istintaqa cəlb edilib».

Milli Şurası hakimiyyətdən Leyla Yunusa qarşı repressiv addımları dayandırmağı tələb edir:

«Bir daha bəyan edirik ki, 8 nəfər gənc NİDA-çıya sifarişlə həbs cəzası verməyə hazırlaşan hakimiyyətin yeni repressiya və həbs dalğasına başlaması ölkədə vəziyyəti dəyişməyəcək. Bununla cəmiyyəti susduracağına ümid etməklə YAP hakimiyyəti səhvə yol verir. Siyasi məhbusları artırmaq yox, onları dərhal azad etmək barədə düşünülməlidir».
XS
SM
MD
LG