Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:58

Rusiyada xaricə getmək qadağası - Mətbuat icmalı


Rusiya az qala köhnə sovet sisteminə qayıdıb - xaricə getmək o qədər də asan deyil. Poroshenkonun səlahiyyətləri Yanukovichin səlahiyyətlərindən azdır. Avropada Birlik yox Ayrılıq əhvalı güclənir - mətbuat icmalı

Moscow Times yazır ki, Rusiya vətəndaşlarına Qərb yox, Rusiyanın özü xaricə səyahət qadağaları qoyur.Qəzet hesab edir ki, bu qadağalarla Kreml rusiyalıları nəzarətdə saxlayır.

Məsələn, Federal Təhlükəsizlik Xidməti olan FSB-də işləyən xaricə gedə bilməz. 2010-cu ildə FSB polkovniki Aleksandr Poteyev ABŞ tərəfə keçdi və Rusiyanın ABŞ-dakı və Britaniyadakı casus şəbəkəsini satdı. Bundan sonra FSB işçilərinə xaricə getmək qadağandır. Yalnız xəstə olanda və bunun Rusiyada müalicəsi olmayanda FSB əməkdaşı xaricə gedə bilər.

FSB-də 200 min adam çalışır.

Bundan başqa, 2012-ci il qaydasına görə, ödənməmiş bank krediti, vergi borcu və ya cərimə borcu olan xaricə gedə bilməz. 2012-ci ildə 500 min adam buna görə xaricə gedə bilmədi. Bu ilin birinci rübündə 190 min adamı Rusiyadan çıxmağa qoymayıblar.
Rusiyada əhalinin 70 faizinin isə banklara borcu var.

Ukrayna böhranından sonra , aprel ayında Daxili İşlər Nazirliyinin, Müdafiə Nazirliyinin, Baş Prokurorluğun, Federal Həbsxanalar Xidmətinin və s.-nin işçilərinə 150 ölkəyə getmək qadağan olunub. DİN-də isə 1,3 milyon, Müdafiə nazirliyində 2 milyon, Federal Həbsxanalar Xidmətində 326 min adam işləyir.

Qəzet yazır ki, səyahətə qadağa ilə Kreml qabiliyyətli insanların ölkədən çıxıb-getməsinin də qabağını almaq istəyir.

Statistikaya görə, son 20 ildə Rusiyanı 5 milyon adam tərk edib. Onların 20 mininin elmi dərəcəsi var idi.

POROSHENKONUN SƏLAHİYYƏTLƏRİ

İndependent qəzeti yazır ki, yeni Ukrayna prezidenti seçilən Petro Poroshenko mətbuat konfransında dedi ki, “anti-terror əməliyyatı 2-3 ay çəkməməlidir, bu, bir neçə saat ola bilər”. Qəzetin yazıdığına görə, şərqdəki indiki münaqişəni izləyənlər əmindirlər ki, yaraqlıların tutduğu onlarla şəhəri , qəsəbəni anti-terror əməliyyatı ilə azad etmək günlərin və həftələrin işidir.

Financial Times qəzeti yazır ki, Petro Poroshenkonu bir çox sınaqlar gözləyir. Yanukovichi hakimiyyətdən devirəndə konstitusiyaya edilən dəyişikliyə görə Poroshenkonun prezident kimi səlahiyyətləri məhdud olacaq. O, məsələn , hökuməti dəyişə bilməz.

Məhz buna görədir ki, Poroshenko parlamentdə mövqelərini gücləndirmək istəyir və dərhal yeni parlament seçkilərinə çağırdı.

Qəzet yazır ki, 2004-cü ilin Narıncı inqilabını laxladan bir amildən də Poroshenko azad olmaq istəyir, bu da şəxsi və ictimai maraqların toqquşmasıdır. Ona görə də Poroshenko bütün biznesini satmaq istəyir ki, sonra onu öz şirniyyat biznesinə şərait yaratmaqda ittiham etməsinlər. O yalnız öz televiziyasını saxlmaq istəyir.

Kiyevin Mohyla Universitetinin professor Oleksiy Haran deyir ki, “əvvəlki prezidentlərdən fərqli olaraq heç kim Poroshenkoya xilaskar kimi baxmır, ancaq onun hər hərəkətini mikroskopla izləyəcəklər”.

AVROPA BİRLİYİNİN ÇATLARI GENİŞLƏNİR

Washington Post
qəzeti yazır ki, Avropa parlamentinə seçkilər Avropa Birliyində çatların artmasını göstərir.

Birləşmiş Avropanın əleyhinə olan partiyalar Avropa parlamentinə seçkilərdə record sayda deputat yeri əldə edib.

Qəzet yazır ki, Avropa Birliyi nədir? – Bu o deməkdir ki, təyyarəyə bircə bilet almaqla polşalı Londonda və ya Parisdə gedib iş tapa bilər, italiyalı mühəndis Almaniyada avtomobil zavodunda işləyə bilər, yunan aşpaz İspaniyada və ya Danimarkada restoranda çalışa bilər. Ancaq Avropanın illərlə çəkən borc böhranı, içsizliyin artması, iqtisadiyyatın yerində sayması hətta Avropa Birliyinin bünövrəsi olan Fransa kimi ölkədə də bir çoxlarını vadar edir ki, problemlərə görə məhz Avroppa Birliyini ittiham etsinlər.

Fransada Avropa Birliyinə seçkilərdə hamıdan çox səs toplamış anti-Avropa Birliyi millətçilərinin lideri Marine Le Pen deyib ki, “fransızlar kiminsə qıraqdan onları idarə etməsini istəmirlər”.

Ancaq qəzet yazır ki, sağ və sol ifrat millətçilər nə qədər böyük uğur qazansalar da 751 yerlik Avropa parlamentində onlar yerlərin yalnız 3-də 1-ni qazanıblar. Yerdə qalanlar yenə də Avropada inteqrasiya tərəftarı olan partiyalardadır.

Qəzet hesab edir ki, sağ və sol ifratçı partiyaların uğuru daha çox, hər bir ölkənin daxilində hakim partiyalara başağrısı yarada bilər.

Məsələn, Britaniyada immiqrasiya əleyhinə olan Müstəqillik partiyası Avropa pralamentinə seçkilərdə Britaniyada bütün partiyalardan çox səs yığdı.
Gələn ilki parlament seçkilərində onlar mühafizəkar partiyayaya verilən səslərin bir qismini ala və bununla da müxalifətdəki Əmək partiyasını hakimiyyətə gətirə bilər.
Bundan başqa, ifrat sağçı və solçuların uğuru Almaniya kansleri Merkel kimi siyasətçilərin də mövqeyini sərtləşdirə bilər.

Berlin, məsələn, necə deyərlər, “mənfəət turizminin” qabağını almağa çağırır. “Mənfəət turizmi” deyəndə, social müdafiə sistemi zəif olan, məsələn, Bolqarıstan və Rumıniya kimi ölkələrin vətəndaşlarının rifah sistemi yüksək olan Almaniya kimi ölkələrə köçüb-yaşaması nəzərdə tutulur.
XS
SM
MD
LG