Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:49

«Azərbaycan Avrasiya İttifaqı və ya Gömrük Birliyinə qoşula bilər»


Igor Slyuniayev
Igor Slyuniayev
-
«Azərbaycanın Avrasiya İqtisadi İttifaqı və ya MDB Gömrük Birliyinə daxil olması üçün kifayət qədər real perspektiv var».

Bunu Rusiya Regional İnkişaf naziri Igor Slyuniayev «Rusiya biznes qəzeti»nə müsahibəsində deyib. MDB Gömrük Birliyinə Belarus, Qazaxıstan və Rusiya daxildir.

Bu bəyanat Rusiya xarici işlər naziri Sergei Lavrov-un Azərbaycana səfərindən öncə verilib.

«Avrasiya İttifaqı həm iqtisadi, həm də siyasi baxımdan strateji layihədir və bu səbəbdən Azərbaycanın Avrasiya İttifaqı və ya Gömrük Birliyi ilə əməkdaşlığı tamamilə real perspektivdir. Mən hətta hadisələrin bu cür inkişafını istisna etməzdim», - Slyuniayev deyib.

Slyuniayev Rusiya prezidenti Vladimir Putin-in Bakıya ötən ilki səfərində Azərbaycanı tərəfdaş kimi bu qurumlara dəvət etdiyini xatırladır. O, həmçinin Azərbaycan prezidenti İlham Əliyevin ikitərəfli əməkdaşlığın dinamik və uğurlu inkişafı barədə dediklərini yada salır.

«Rusiyada yaşayan çoxsaylı azərbaycanlılar və Azərbaycanda yaşayan ruslar özlərini vahid ailənin üzvləri sayırlar və biz bu hissi daim saxlamalıyıq».

Slyuniayev ümidvar olduğunu bildirib ki, iyunun 23-də başlayan 5-ci Rusiya-Azərbaycan Forumu bu məqsədə xidmət edəcək.

Həmin forumda biznes tərəfdaşlarının görüşləri planlaşdırılıb.

Slyuniayev deyir ki, ticarətin davamlı inkişafı uzunömürlü ikitərəfli münasibətlərin sübutudur. 2013-cü ildə ticarət 2012-ci illə müqayisədə 4% artıb və 3.5 milyard dollara çatıb.
XS
SM
MD
LG