Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:03

Azad Yazarlar Ocağı AYB üzvlərini sədri dəyişməyə çağırır


Anar
Anar
-

Azad Yazarlar Ocağı Azərbaycan Yazıçılar Birliyinin XII qurultayının iştirakçılarına müraciət edib.

Müraciətdə deyilir ki, "doğrudur, AYB nizamnaməsi eyni adamın bir dəfədən artıq sədr seçilməsinə məhdudiyyət qoymur, amma yazıçı Anarın bu quruma 27 il rəhbərlik etməsi sadəcə təşkilatı get-gedə nüfuzdan və hörmətdən salır, təşkilat daxilində demokratik mühiti boğur, gənclərin meydanını kiçildir, yerlibazlıq və tərəfkeşlik yaradır. Ölkənin bir çox yazarlarının toplaşdığı bir qurumun hədsiz siyasiləşməsi və siyasi tərəf tutmasının əsas səbibi hakimiyyətin quruma “təyin” etdiyi və daim dəstəklədiyi sədri Anarın dəfələrlə bu posta seçilməsidir".

AYO hesab edir ki, AYB sovet dövründəki funksiyasından imtina etməyib. Hakimiyyətə xidmət edir.

"Qurultaya dəvət olunan siz dəyərli yazıçılar AYB-dəki neqativ hallara göz yummamalı, ədəbi prosesin köhnə sovet modelindən çıxarılıb çağdaş prinsiplər əsasında formalaşdırılmasında öz sözünüzü deməlisiniz. Sovetlərin durğunluq illərində olduğu kimi müti və qorxaqcasına etiraz səsinizi qaldırmamanızın yazıçı adına əsla yaraşmadığını unutmamalısınız. Öz içinizdən yeni bir sədr seçməyə qeyrət göstərin. Dəyişikliyə səs verin".

AYO-ya 40-dan artıq yazar daxildir.
XS
SM
MD
LG