Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:45

Vətəndaş cəmiyyəti Emil Məmmədova azadlıq tələb edir


Emil Məmmədov
Emil Məmmədov
-
Vətəndaş cəmiyyəti təşkilatlarının bir qrup rəhbəri «Demokratiyaya Yardım» İctimai Birliyinin sədri Emil Məmmədovun müdafiəsi ilə bağlı bəyanat yayıb.

Sənəddə E.Məmmədovun ölkənin aran bölgəsində ictimai birlik rəhbəri və hüquq müdafiəçisi kimi fəaliyyəti təqdir edilir. Salyan rayon rəhbərliyinin E.Məmmədov əleyhinə kampaniya başlamasına səbəb kimi də məhz ictimai fəaliyyəti göstərilir.

Müəlliflər E.Məmmədova qarşı irəli sürülən ittihamları qondarma adlandırır, həbsinə səbəb kimi Salyan rayon İcra Hakimiyyətinin korrupsiya faktlarında ifşa olunması göstərilir. E.Məmmədovun həbsini qəti şəkildə pisləyən müəlliflər bu həbsi vətəndaş cəmiyyəti institutlarının susdurulmasına yönəlmiş addım kimi dəyərləndirir, onun həbsdən azad olunmasını tələb edirlər.

Eyni zamanda beynəlxalq qurumlara müraciət edən müəlliflər onları E.Məmmədovun müdafiəsində fəal mövqe göstərməyə çağırırlar.

Müəlliflər prezident İlham Əliyevi E.Məmmədovun müraciətində əksini tapan Salyanda korrupsiya faktları və büdcə mənimsəmələrinin araşdırılması üçün aidiyyəti qurumlara göstərişlər verməyə çağırırlar: «İnanırıq ki, E.Məmmədov günahsızdır, o həbsdən azad edilməli, onu şərləyib həbs edənlər məsuliyyətə cəlb olunmalıdır».

Emil Məmmədov mayın 13-də Cinayət Məcəlləsinin 182.2 (dələduzluq) ittihamı ilə həbs edilib. Bu ittihama görə, E.Məmmədovu 5-10 il həbs cəzası gözləyir.
XS
SM
MD
LG