Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:44

Ukrayna ordusuna qarşı döyüşən erməni yaraqlısının etirafları [I hissə]


Artur Gasparian Ukraynada
Artur Gasparian Ukraynada

Ermənistanlı Artur Gasparian Krım böhranı başlayan kimi Rusiyameylli separatçılara qoşulmaq qərarına gəlir. Sosial mediadakı qruplarla əlaqə saxlayaraq könüllü kimi onu öz sıralarına qəbul etməyi xahiş edir. Onun müraciətini nəzərdən keçirənə qədər artıq Krım Rusiyanın tərkibinə qatılır, lakin Donetskə könüllü toplayan qruplar Gasparian-ın xahişinə müsbət cavab verirlər. AzadlıqRadiosu Rusiya xidmətinin əməkdaşı Mumin Shakirovla müsahibədə məlum olur ki, 24 yaşlı Gasparian Qarabağda Azərbaycan ordusuna qarşı döyüşüb. Separatçılara qoşulmaq üçün əvvəl Moskvaya, oradan Rostova gedərək təlimlər keçib. Donetsk ətrafında döyüşəndən sonra isə peşiman olaraq Ukraynanı tərk edib. Gasparianın Donbassa necə getməsi, orada iştirak etdiyi döyüşlər haqda dediklərində Ukraynadakı yaralı separatçıların fəaliyyəti haqda maraqlı məqamlar üzə çıxır.

- Biz, 10 nəfərə yaxına adam VDNX (Moskvada sovet illərində yaradılan Xalq təsərrüfatı nailəyytləri sərgisi – red.) rayonundakı yaşayış binasının altında toplaşmışdıq. Slavyan görkəmli, mülki geyimli bir şəxs bizimlə görüşərək özünü tədim etmədən soruşdu ki, silahdan istifadə etməyi bacarırıqmı. Xəbərdar etdi ki, bizi Slavyanska ezamiyyət gözləyir, açıq ölümə gedirik, qarətlə məşğul olan yerindəcə güllələncək, - yeri gəlmişkən, sonradan Ukraynada buna dəfələrlər əmin oldum. Aramızda 2 nəfər fikrini dəyişib, dərhal çıxıb getdi

- Pul vəd etdilər?

- Yox, nə ezamiyyə pulu, nə günədlik məvacib vəd etdilər. Ancaq pulsuz yemək, geyim, silah və meyidlərmizin Rostova gətirilərək qohumlara təhvil verilməsinə təminat verdilər, o da ki, əgər meyiti tapa bilsələr. Ciddi-ciddi tapşırdılar ki, sosial şəbəkələrdəki bütün şəxsi məlumatlarımızı pozaq, mən də “Odnoklassniki” və “VKontakte” səhifələrimdəki bütün yazıları məhv etdim.

- Ukrayna sərhəddinə necə gəldiniz?

- Mayın 12-də səhər bizim qrup 2 avtomobilə minərək cənuba üz tutdu. Bir sutkadan sonra Rostova çatdıq. Məlum oldu ki, avtomobilin sürücüləri də könüllülərdi, yeri gəlmişkən, onlardan biri həlak oldu. Bizi “bazaya” gətirdilər – çay qırağında, meşə və yaşıllıq içində kiçik evlər idi, ünvanı bilmirəm. Yol xəritələrimizi, telefonalrımızı, şəxsi əşyalarımızı siyahı ilə təhvil verib, hərbi paltar geyindik.

- “Bazada” nə qədər qaldınız?

- Təqribən 2 həftə. Hər gün yeni və yeni könüllülər gəlirdi, müddətin sonuna 100 nəfərə yaxın idik. Bir gün də olsun istirahət yox idi, hərbi rejim idi. Səhər yuxudan oyanan kimi qaçır, sonra səhər yeməyi, sonra da təlimlər. Açıq ərazidə, meşədə səmti tapmağı, əl hərəkətlərini öyrədirdirlər.

- Hansı əl hərəkətlərini?

- Bizə jestlərlə ünsiyyət qurmağı, bir-birimizi necə tanımağı, gecə səssiz danışmağı, “geri”, “irəli”, ”dayan”, ”uzan”, ”təhlükə” və s. kimi komandalrı işarələrlə necə verməyi öyrədirdilər. İndi lal-karlar kimi əlimlə danışmağı bilirəm. Bunu bizə mülki geyimli təlimatçı öyrədirdi. Bizim digər böyük, ya kiçik rəhbərlərimiz kimi o da özünü təqdim etmədi. Biz bir-birimizin əsl adlarını da bilmirdik, ancaq şərti ləqəblərimiz var idi. Mənimlə bu qaynar qazana düşərək orada həlak olan yoldaşlarımın çoxunun adını bilmirdim.

- Bəs Ukraynaya qədər sizin real döyüş təcrübəniz var idimi? Axı Dağlıq Qarabağda müharibə elə də böyük deyil?

- Orada (Qarabağda – red.) əsasən atışma, qumbara-, minatanlar vasitəsilə sönük mövqe döyüşləri gedir. Bununla belə, mənim böyük müharibə haqda bildiklərim bir çoxlarından artıq idi.

- Aranızda rus millətçiləri var idi?

- Millətçiləri görmədim, baxmayaraq ki, onların çoxunun görünüşü slavyan mənşəli olduqlarından xəbər veriridi, lakin kim idi onlar – belarus, rus, yoxsa ukraynalı, deyə bilmərəm. Vətənpərvər ruhlu, yaxşı oğlanlar idi, erməni olduğuma görə mənə tərs baxan yox idi. Qafqazlı da az deyildi, Kranodardan, Ukraynanın Kroviy Roq şəhərindən ermənilər var idi, sonradan çeçenlər gəldilər, onlardan bəziləri ilə dostlaşdım. Birinin adı “Rıjik” (kürən), digərinin isə “Maloy” (balaca) idi. Hər ikisi həmin KamAZ-larda həlak oldular.

- Sərhəddi necə keçdiniz?

- Mayın 23-də, gecəyarısı 100-ə yaxın adam hərbi KamAZ-lar minərək “baza”dan hərəkətə başladıq. Bizi “Niva” maşınında gedən bələdçi müşayət edirdi. Bir neçə saat gedəndən sonra sərhəddə dayandıq. Burada bizə digər “baza”lardan daha 50-ə yaxın adam qoşuldu. Qumbaratan, pulemyot, avtomat, tapança, əl qumbaraları paylayandan sonra yenidən maşınlara mindik.

- Sizə silah işlətməyi öyrətmişdilər?

- Aramızda qumbaratan atıçıları var idi. Mən pulemyotçular dəstəsinin komandiri təyin olundum, tabeçiliyimdə 3-dən 6-dək adam var idi. Təyinatımı hərbi biletimdəki xüsusi kodla müəyyən etmişdilər. Orada əvvələr əhəmiyyət vermədiyim xüsusi rəqəmlər var imiş. Hələ mənimlə telefonla danışanda demişdilər ki, hərbi biletin konkret səhifəsini açıb oradakı rəqəmləri onlara deyim, beləliklə də əvvələcədən məndən necə istifadə edəcəklərini bilirdilər. Görünür onlar hər birimizlə, hərbi peşələrimizə uyğun ayrıca işləyirdilər.

- “Onlar” yəni kim? FSB (Rusiya təhlükəszilik xidməti), QRU (hərbi kəşfiyyat), Daxili işlər nazirliyi? Kim idi sizi qarşılayıb, təlim keçib, öyrədib, Rusiya-Ukrayna sərhəddindən keçirən həmin adamlar?

- Mən onların nə adını, nə familyasını bilirəm. Slavyan mənşəli adamlar idi. Axtarsan indi heç üzdən də onları xatırlamıram.

- Sərhəddi saat neçədə keçdiniz?

- Mayın 24-də səhərə yaxın. Bizi Ukrayna tərəfdə DNR-in (separatçıların elan etdiyi qurum) yüksək rütbəli nümayəndələri qarşılayırdı. Onlar Donetskdə hansısa hərbi hissəni ələ keçirmişdilər, bizi də oradakı kazarmalarda yerləşdirdilər. Bütün günü yatdıq. Ertəsi gün, mayın 25-də yuyunub, özümüzü qaydaya gətirəndən sonra isə KamAZ-larda həmin o hərbi paradda iştirak etdik, hansındakı çeçenlər diqqət mərkəzinə düşmüşdülər. Onlar müsahibə verir, havaya atəş açır, kameralar qarşısında özlərini göstərirdilər. Xalq bayram edir, Rusiyadan gələn könüllüləri xilaskar kimi qarşılayırdı. Axşam yenidən kazarmalara qayıtdıq.

- Bəs ilk döyüşünüz nə vaxt oldu?...

(Müsahibənin davamını burada oxu)

XS
SM
MD
LG