Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:50

8 Facebook fəalına 127 il həbs - Mətbuat icmalı


-

İranda 8 media fəalı Facebookda hökuməti tənqid etdiklərinə görə, ümumilikdə 127 il həbs cəzası alıb. İndependent qəzeti yazır ki, bu barədə məlumat verən İRNA agentliyi həmin şəxslərin adını çəkmir. Bircə onu bildirir ki, onlar Facebookda səhifələrin redaktorlarıdır.

İran məhkəməsi bu şəxsləri hökumət əleyhinə təbliğatda, milli təhlükəsizliyi laxlatmaqda, İran liderlərini təhqir etməkdə günahkar bilib.

Facebook fəalları hərəyə 11 ildən 21 ilə kimi həbs cəzası alıb.

Keçən il prezident olanda Hassan Rouhani söz verirdi ki, social mediada sərbəstlik olacaq. Rouhani və xarici işlər naziri Javad Zarif Twitterdə çox fəaldırlar.

Ancaq ölkədə məhkəmələr, polis mühafizəkarların nəzarətindədir.

İranda may ayında məhkəmə hətta qərar verdi ki, Facebookun yaradıcısı və rəhbəri olan Mark Zuckerberg də İran məhkəməsinə gəlib ifadə versin, İnstagram və WhatsApp-ın istifadəçilərin özəl informasiyasını qorumaması haqda narahatlığa aydınlıq gətirsin.

XS
SM
MD
LG