Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:59

Dünya kəşfinin yeni nümunəsi: İnkişafın Naxçıvan modeli


Naxçıvan
Naxçıvan

-

«Şərq qapısı» 18.07. 2014

Sosial-iqtisadi inkişafın Naxçıvan modeli dünyada nümunə kimi qəbul edilir. Cari ilin ilk altı ayının yekunları da belə deməyə əsas verir.

Blokada və inkişaf sözləri kəskin şəkildə bir-birinə ziddiyyət təşkil edən iki anlayışdır. Buna görədir ki, 24 ildir, blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasında nəzərəçarpan sürətli sosial-iqtisadi inkişaf beynəlxalq səviyyəli ekspertlər tərəfindən təəccüblə qarşılanır. Səbəb isə məlumdur: dünyanın heç bir yerində blokada vəziyyətində saxlanılan bir məkanda inkişaf meylləri, ümumiyyətlə, nəzərə çarpmayıb. Yəni hazırda dünyada ikinci belə bir nümunə yoxdur. Məhz buna görə həmin beynəlxalq ekspertlər iqtisadi inkişafla bağlı terminologiyaya yeni bir anlayışın daxil olduğunu etiraf edirlər. Bu, sosial-iqtisadi inkişafın Naxçıvan modelidir.

…Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2008-ci il sentyabrın 17-də imzaladığı Sərəncamla təsdiq olunmuş «2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı»nın icrası istiqamətində bir sıra işlər görülüb. Belə ki, proqramın qəbul olunduğu 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə bitkiçilik məhsullarının həcmi 3 dəfə artaraq 46 milyon 419 min manata, heyvandarlıq məhsullarının həcmi isə 82,3 faiz artaraq 53 milyon 426 min manata çatıb.

2014-cü ilin məhsulu üçün muxtar respublikada 60 min 829 hektar sahədə əkin aparılıb ki, bu da 2013-cü ilin məhsulu üçün əkilmiş sahədən 702 hektar çoxdur.

XS
SM
MD
LG