Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:04

Qəza yerinə çıxış məsələsi yaxşılaşmasa, Hollandiyanın baş naziri sanksiyalarla hədələyir


Hollandiyanın baş naziri deyib ki, əgər yaxın günlərdə Malayziya təyyarəsinin qəzaya uğradığı ərazilərə çıxış məsələsi yaxşılaşmasa “bütün variantlar masanın üstündə” olacaq.

Mark Rutte parlamentdə deyib ki, bunlara siyasi, iqtisadi və maliyyə sanskiyaları daxildir.

Rutte bildirib ki, Rusiya separatçılara nüfuzundan istifadə edib, təyyranəin düşdüyü ərazilərə çıxış işini yaxşlılaşdlırmalıdır.

Rutte deyib ki, həlak olanların qalıqlarını tapmaq və şəxsiyyətlərini müəyyənləşdirmək hökumətin bir nömrəli vəzifəsidir.

Baş nazir xəbərdarlıq edir ki, yaxın günlərdə vəziyyət yaxşılaşmasa, buna görə birbaşa və ya dolayı məsuliyyət daşıyanlara qarşı siyasi, iqtisadi və maliyyə tədbirləri görüləcək.

Malayziya təyyarəsinin qəzasında ölən 298 adamdan 193-ü Hollandiya vətəndaşıdır.

XS
SM
MD
LG