Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:06

Naxçıvanın Ali Məclisi - bircə hüquqşünas var, o da Vasif Talıbov


.

Naxçıvan Muxtar Respublikasında hakimiyyət deyəndə çoxlarının yadına təkcə Ali Məclisin sədri Vasif Talıbov düşür. Faktiki və real hakimiyyət onda olsa da əslində Naxçıvdan bir muxtar qurum kimi büün dövlət strukturları var. Onlardan biri də Ali Məclisdir.

Ali Məclisin funksiyası

Naxçıvanın Ali Məclisi muxtar respublikada qanunvericilik hakimiyyətini həyata keçirən orqandır. 45 nəfərdən ibarət olan məclisə seçkilər 5 ildən bir, Azərbaycan Parlamentinə seçkilərlə eyni gündə, eyni məntəqələrdə keçirilir.

Ali Məclisə seçkiləri 45 dairədən ibarət olan Naxçıvan Muxtar Respublika Mərkəzi Seçki Komissiyası keçirir. Seçkilərdən sonra deputatlar Ali Məclisin sədrini 5 illik müddətə, gizli səsvermə ilə seçir. Ali Məclisin sədri həm də Naxçıvanın ali vəzifəli, yəni birinci şəxsi sayılır.

Son seçkilər və nəticəsi

2010-cu ilin noyabrında keçirilən son seçkilərə böyük əksəriyyəti YAP üzvü olmaqla 140 namizəd qatılıb. Namizədlər arasında 5 nəfər bitərəf, 1 nəfər AXCP üzvü olub.

Bu ərəfədə müxalifət partiyaları namizədlərin qeydə alınmasında və seçki prosesində ciddi pozuntuların olduğunu bildiriblər. 2010-cu ildə Ali Məclisə seçilən 45 deputatdan 41-i YAP üzvü, digər 4 nəfəri isə bitərəf olub.

Ali Məclisin sədri kimdir?

Vasif Talıbov 18 ildir Ali Məclisə sədrlik edir. O, 1995-ci ildən bəri 4 dəfə Ali Məclisə deputat, hər seçkidən sonra keçirilən ilk iclasda yekdilliklə məclis sədri seçilib.

Hər dəfə olduğu kimi 2010-cu ildə də o, doğulduğu Şərur rayon 7 saylı Aralıq kənd Seçki Dairəsindən namizədliyini irəli sürüb. Son seçkilərdə Vasif Talıbovun 2 rəqibindən biri müəllim, digəri isə Hava Limanında işləyən baqaj kassiri olub.

Onunla eyni dairədə mübarizə aparmaq istəyən Müsavat Partiyası üzvünün namizədliyi qeydə alınmayıb. Vasif Talıbov bu seçkilərdə 90 faizdən çox səs çoxluğu ilə qalıb olub.

Naxçıvan Muxtar Respublika MSK-sının sədri Məhərrəm Seyidov 2010-cu ildə Ali Məclisə keçirilən seçkilərin ədalətli və demokratik keçdiyini bildirib. O, müxalifət partiyalarının siyasi maneələr yaradıldığına görə yox, namizəd tapa bilmədiklərindən seçkidən kənarda qaldıqlarını bildirmişdi.

Ali Məclisin 45 nəfərlik tərkibi:

Qadınlar: 11 nəfər.
Ən gənc deputat: 34 yaş,
Ən yaşlı deputat: 75 yaş,

Müəllimlər: 25 nəfər,
Həkimlər: 8 nəfər,
Hüquqşünas: 1 nəfər,
İqtisadçılar: 5 nəfər,
Mühəndis: 4
Psixoloqlar: 1 nəfər,
Politoloqlar: 1 nəfər.

Vasif Talıbov kimdir?

Vasif Talıbovun 54 yaşı var. Şərur rayon Aralıq kəndində anadan olub. 1981-ci ildə Naxçıvan Pedaqoji İnstitutunun tarix-filologiya, 1998-ci ildə Naxçıvan Ali Məclisinin sədri olarkən Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

Vasif Talıbov
Vasif Talıbov

​Əmək fəaliyyətinə 1980-ci illərdə Naxçıvan alt trikotaj fabrikində inspektor kimi başlayıb.

1991-ci ildə yaxın qohumu Heydər Əliyevin Moskvadan Naxçıvana qayıtması ilə Vasif Talıbovun siyasi karyerasının başlanğıcı qoyulur. Elə həmin ildə Naxçıvan Ali Sovetinin sədri seçilən Heydər Əliyev Vasif Talıbovu özünün baş köməkçisi təyin edir.

1994-cü ildən 1995-ci ilin dekabrına, Ali Məclisin sədri seçilən günə kimi Naxçıvan Muxtar Respublika Baş nazirinin müavini vəzifəsində çalışıb.

Vasif Talıbov YAP-ın yaranmasında da yaxından iştirak edib. O, 1995-ci ildən bəri partiyanın yerli təşkilat sədridir.

XS
SM
MD
LG