Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 05:51

BMT Baş katibi Ermənistan və Azərbaycanı atəşkəsə əməl etməyə çağırır

Ban Ki-moon münaqişə tərəflərini atəşkəs sazişinə hörmətlə yanaşmağa, gərginliyi dərhal aradan qaldırmağa, zorakılıqdan çəkinməyə, o cümlədən münaqişənin qısa zamanda və sülh yolu ilə həllinə nail olmaq üçün dialoqu davam etdirməyə çağırır

İyulun 31-dən avqustun 1-ə keçən gecə Ermənistan hərbçiləri Ağdam və Tərtər rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərib.

Cəbhə xəttində atəşkəsin pozulması nəticəsində son 5 gündə azı 12 Azərbaycan hərbçisinin öldüyü bildirilir

Diqqət! Qarabağda və Ermənistanla sərhəddə baş verənləri daim yenilənən canlı bloqda izlə. Mətnin sonunda «Davamı» düyməsini sıxmaqla bloqu vərəqləmək olar

10:52 3.8.2014

«BEYNƏLXALQ İCTIMAİYYƏT CİDDİ SANKSİYALAR TƏTBİQ ETMƏLİDİR»

«Çoxsaylı insan təlafatına səbəb olmuş atəşkəs pozunutusunun bütün məsuliyyəti bu cür təxribatçı addımların atılmasına göstəriş verən rəsmi Yerevanın üzərinə düşür».

Son günlər Azərbaycan-Ermənistan sərhəddi və qoşunların təmas xətti boyunca baş verən atəşkəs pozuntusu ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin avqustun 3-də verdiyi bəyanatda belə deyilir.

Nazirlik hesab edir ki, baş verən son hadisə Ermənistana qarşı beynəlxalq ictimaiyyət tərəfindən ciddi sanksiyaların tətbiq edilməsi üçün əsas verir.

«Danışıqlarda qeyri-konstruktiv mövqe nümayiş etdirən, status kvonun qorunub saxlanmasında maraqlı olan və həmçinin Madrid Sülh Planından boyun qaçıran işğalçı Ermənistanın BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əməl etməməsi, qanlı etnik təmizləmə siyasəti həyata keçirməsi, 1 milyondan artıq insanı öz yurdundan qovması və sonunda sülh prosesinə xələl gətirən bu cür təxribatçı addımlar atması bu ölkəyə qarşı beynəlxalq ictimaiyyət tərəfindən ciddi sanksiyaların tətbiq edilməsi üçün əsas verir. Sülh prosesinə ən böyük təhlükə Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində olmasıdır. Buna görə ilk növbədə Ermənistanın silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərini tərk etməlidir. Ermənistan tərəfi bunu nə qədər tez dərk etsə, o qədər də tez bir zamanda regionda sülh, sabitlik və müəyyənlik bərpa oluna bilər».

XS
SM
MD
LG