Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 10:19

Ələtdə azad iqtisadi zona yaratmaq planlaşdırılır


Avropa Yenidənqurma və İnkişaf Bankının dəstəyi ilə Azərbaycan hökuməti Bakıdan 60 kilometr aralıdakı Ələt qəsəbəsində azad iqtisadi zona yaratmağı planlaşdırır. Bu barədə jurnalistlərə İqtisadi İnkişaf naziri Heydər Babayev məlumat verib. Onun sözlərinə görə, layihə üçün yer seçilərkən ilk növbədə müxtəlif obyektlərin tikintisi üçün boş sahələrin olması və nəqliyyat imkanları kimi faktorlar nəzərə alınıb. Azad iqtisadi zonada işləyən bütün şirkətlər vergi və rüsumlardan azad ediləcək.


XS
SM
MD
LG