Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 02:37

Azərbaycanda təqsirsizlik prezumpsiyasının qorunmasının vəziyyəti ürəkaçan deyil


Sentyabrın 4-də «Tolerans» İnsan Hüquqlarının Müdafiəsi İctimai Birliyi Azərbaycanda təqsirsizlik prezumpsiyasıyla bağlı hesabatı təqdim edib. Qurumun rəhbəri, vəkil Aslan İsmayılova görə, Azərbaycan mətbuatındakı yazıları araşdırmaqla, əvvəllər cinayət işləri üzrə təqsirləndirilən şəxslərlə söhbət və təhlillər əsasında, eyni zamanda, şikayətlər üçün «qaynar xətt» yaratmaqla ölkədə təqsirsizlik prezumpsiyasının qorunmasının keyfiyyətini qiymətləndirməyə çalışıblar.


Cənab İsmayılovun fikrincə, araşdırmaların nəticəsi ölkədəki təqsirsizlik prezumpsiyasının vəziyyətindən razı qalmağa o qədər də əsas vermir. «Təqsirin şübhə edilməsi ilə cinayətkar davranışın sübuta yetirilməsi eyni funksiyaya malik olmasa da, jurnalistlər, polis zabitləri, prokurorlar və hakimlər bunu tez-tez eyniləşdirirlər». Hüquqşünas misal kimi, məhkəmə hökmü olmamışdan prokurorluq orqanları və polis idarələrinin televiziya və mətbuat vasitəsi ilə parlamentin keçmiş spikeri Rəsul Quliyevə, sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyevə və başqa həbs olunanlara qarşı qaldırılmış cinayət işlərində təqsirsizlik prezumpsiyasının pozulduğunu deyir.


ATƏT-in Bakı Ofisinin qanunun aliliyi şöbəsinin müdiri Andreas Buş isə deyir ki, Azərbaycanda təqsirsizlik prezumpsiyası qanunvericilik səviyyəsində digər Avropa ölkələrindən heç də seçilmir: «Hər hansı şəxsin günahı məhkəmə tərəfindən təsdiq edilməlidir. Ona görə də daimi olaraq təqsirsizlik prezumpsiyasına əməl edilməlidir. Məhkəmələr və hakimlər müstəqil olmalıdırlar ki, müstəqil qərar versinlər».


XS
SM
MD
LG