Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:16

Rusiya ərazisinə keçən Ukrayna əsgərlərinin bəziləri aclığa başlayıb


-

Rusiyaya keçən Ukrayna əsgərlərinin bir neçəsi aclığa başlayıb. Onlar öz vəziyyətlərinə etiraz edirlər.

Aclıq edənlərin sayı dəqiq məlum deyil. Ukrayna ordusunun 72-ci briqadasının komandiri Andriy Hryshchenko avqustun 6-da Azadlıq Radiosuna deyib ki, aclıq aksiyası Rusiyanın Ukrayna ilə sərhəddində olan Qukovo keçid məntəqəsindəki düşərgədə elan olunub.

Rita-Sita agentliyinin avqustun 6-da verdiyi məlumata görə, Rusiya ərazisinə keçmiş 192 Ukrayna əsgəri sonradan Ukraynaya qayıdıb. Bundan əvvəl 180 Ukrayna əsgəri geriyə - Ukraynaya qayıtmışdı.

Rusiyaya keçən əsgərlər deyirdilər ki, rusiyapərəst yaraqlılarla döyüşlərdə Rusiya ərazisinə doğru sıxışdırılaraq Rusiya ərazisinə keçiblər.

Onların sayının 438 olduğu bildirilirdi.

Qayıdanları çıxanda Rusiya ərazisində 65-70 əsgərin qaldığı güman olunur.

Hryshchenko deyir ki, Rusiyanın Federal təhlükəsizlik Xidməti FSB və Rusiya sərhəd xidməti onları öz tərəfinə çəkmək istəyib.

Onun sözlərinə görə, Rusiyaya keçdiklərinə görə və Rusiyadan onda qarışıq təəsürat qalıb.

O deyir ki, əsgərləri Rusiyaya keçdiyinə görə qınayır. Ancaq bilir ki, onlar necə qəhrəmanlıqla döyüşürdü. Hryshchenko briqada komandirlərini ittiham edir ki, onlar Rusiya ərazisinə keçməyə əmr veriblər. Onun fikrincə, bu cinayətkar əmr idi.

XS
SM
MD
LG