Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:53

Ey sevgilim! Ey Nigarım!.. [Dinlə]


Nigar Qayıbova-Şıxlinskaya və Əliağa Şıxlinski
Nigar Qayıbova-Şıxlinskaya və Əliağa Şıxlinski

-

Avqust ayı Azərbaycanın iki görkəmli şəxsiyyətinin – general Əliağa Şıxlinskinin və onun xanımı Nigar xanım Qayıbova-Şıxlinskayanın xatirə günüdür.

​Lap gənc yaşlarından Nigar xanıma aşiq olan gələcək «Top Tanrısı» sanki ölüm ayını da özü seçmiş, sevimli Nigarından ayrı qala bilməmişdi...

1943-cü ilin avqustunda 12-ci ayrılıq ilini qeyd etmişdi general Şıxlinski.

Elə Nigarın dünya ilə vidalaşdığı ayda -- 1943-cü il avqustun 18-də Bakıdakı Musa Nağıyev adına xəstəxanada gözlərini əbədi yummuş, Yasamal qəbiristanlığında yatan ömür dostuna əbədi yol yoldaşı olmuşdu...

Əslində, general Nigar xanımdan heç ayrılmamışdı da.

Fiziki ayrılığın 12 ilini, demək olar ki, hər cümə axşamı onun qəbrini ziyarət etmiş, hər il ehsan vermişdi.

Hətta vəsiyyətnaməsində olub-qalanını satıb, özü üçün qəbir daşı qoymaq istəməsində bir məqsədi var idi: «Qəbirdaşı yalnız onun üçündür ki, mənim adım unudulmaz həyat yoldaşım Nigar xanımın adı ilə yanaşı yazılsın».

Və son rica: «Qəbrimi mənə əziz olan Nigar xanımın qəbri ilə yanaşı, yastı tava daşı ilə örtüb, üstünə yazarsınız: Əliağa Şıxlinski - heç bir tarix lazım deyil».

1943-cü ilin avqustun 18-də general Əliağa Şıxlinski Bakıdakı Musa Nağıyev adına xəstəxanada gözlərini əbədi yumdu...

Onu vəsiyyət etdiyi kimi, Yasamal qəbiristanlığında uyuyan sevgili Nigarının yanında dəfn etdilər.

Ölməli vaxt deyildi. 2-ci Dünya Savaşının qızğın çağı idi...

Amma General «Ey sevdiyim, ey dilrüba!» deyərək Nigarla son görüşə tələsirdi...

Ey sevdiyim, ey dilrüba,
Səbrim, qərarımsan mənim.
Səd mərhəba, səd mərhəba,
Nə türfə yarımsan mənim!

Görən səni, ey nazənin,
Deyər: pəh-pəh, səd afərin!
Dünyada mislin yox yəqin,
Əcəb dildarımsan mənim!

Gözəl zahirdə surətin,
Gözəl batin, təbiətin.
Gözəl, hər işdə qeyrətin,
Namusum, arımsan mənim.

Mənim baharda bülbülüm,
Mənim qızılca sünbülüm.
Gülşənlərdə zərif gülüm,
Bağlarda barımsan mənim.

Səni ziyarət eylərəm,
Sənə ibadət eylərəm.
Həm çox sədaqət eylərəm,
Çün sən Nigarımsan mənim.

Mən aşiqin adı Əli,
Verdin bu dərsi bilməli.
Eşqindən olmuşam dəli,
Sən ahu-zarımsan mənim.

AzadlıqRadiosunun «İz» proqramının «Əli və Nigar» dastanı yenilənmiş formatda görüşünüzə gəlir.

Ey sevgilim! Ey Nigarım!..
Gözlə

No media source currently available

0:00 0:29:44 0:00
Direct-ə keçid

XS
SM
MD
LG