Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 12:08

Angela Merkel Donbasın bərpası üçün pul vəd etdi


Angela Merkel və Petro Poroshenko
Angela Merkel və Petro Poroshenko

-

Kiyevə səfəri ərəfəsində münaqişə tərəflərini atəşkəsə əməl etməyə səsləyən Almaniya kansleri Angela Merkel Ukrayna prezidenti ilə görüşdən sonra bəyan edib ki, sülh tərəflərin buna can atdığı zaman baş verir.

O, avqustun 26-da Minskdə Ukrayna, Qazaxıstan, Rusiya və Belarus liderləri arasında görüşün uğurlu olacağına ümid etdiyini deyib.

Ukrayna prezidenti Petro Poroshenko deyib ki, onun ölkəsi Ukraynanın suverenliyini sülhə qurban verməyəcək. Merkel isə bildirib ki, Almaniya Moskvanın martda zorla özünə birləşdirdiyi Krım da daxil olmaqla Ukraynanın ərazi bütövlüyünü tanıyır.

Poroshenko Merkel-i «xeyirxah dost və Ukraynanın güclü vəkili» adlandırıb.

Almaniya kansleri ilə Ukrayna prezidenti Donbasın bərpası üçün fond yaradılması ilə bağlı razılığa gəliblər. Merkel bu işə Almaniyanın 500 milyon avro ayırmağa hazır olduğunu deyib.

XS
SM
MD
LG