Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 06:37

NATO rəsmisi Rusiyanın 1000-dən çox əsgərinin Ukraynada döyüşdüyünü bildirir


Adının çəkilməsini istəməyən NATO rəsmisi Qərb agentliklərinə deyib ki, Ukraynada 1000-dən çox Rusiya hərbçisi var. Həmin rəsmi Belçikanın Mons şəhərində jurnalistlərə deyib ki, rus hərbçiləri separtaçılara dəstək verir və onlarla birlikdə vuruşur.

Ukrayna prezidenti Poroshenko Kiyevdə Milli Təhlükəsizlik və Müdafiə Şuralarının Fövqəladə toplantısını keçirir.

Avqustun 28-də ATƏT-in toplantısında Ukrayna nümayəndəsi İhor Prokopchuk Rusiyanın birbaşa hərbi müdaxilədə ittiham edib.

Rusiya nümayəndəsi Andrei Kelin isə hər hansı Rusiya əsgərinin sərhəddi keçməsini inkar edir.

XS
SM
MD
LG