Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 09:52

Ukrayna böhranı (3-6 sentyabr)

Ukraynanın şərqindəki müharibə yeni fazaya daxil olur. 3 ay əvvəl separatçılar Ukrayna ordusuna qarşı Sovet dövründən qalma köhnə silahlarla döyüşürdülərsə, indi artıq onların əlində müasir silahlar və hərbi texnika var.

ƏVVƏLKİ GÜNLƏRİN XRONİKASINI BURADA OXU

UKRAYNA HAQDA BÜTÜN XƏBƏRLƏRİ BURADA OXU

Donbass mühasribəsində təşəbbüs Ukrayna silahlı qüvvələrinə qarşı döyüşən Rusiyameylli yaraqlıların əlinə keçib. İlovaysk ətrafında Ukraynalılara sarsıdıcı zərbələr vurandan sonra onlar uğurlarını bərkitmək üçün digər istiqamətlərdə də hücuma keçiblər. Luqansk aeroportu separatçıların əlində keçib. Donetsk aeroportu uğrunda gedən döyüşlərin nəticəsi haqda ziddiyyətli məlumatlar gəlir. Reuters həmin ərazidə tərk edilmiş Ukrayna mövqelərinin görüntülərni yaysa da, Kiyev aeroportun hələ də Ukrayna ordusunun əlində olduğunu iddia edir.

Eyni zamanda Rusiya və Ukrayna prezidentləri Donbassda atəşkəsin əldə olunması üzrə danışıblar. Separatçıların düşərgəsindən bu danışıqlara münasibətdə çalışırlar qeyd etsinlər ki, münaqişənin içtirakçıları Kiyev və Moskva deyil, Kiyev və Donetsk-Luqansk-dır.

Ukrayna tərəfi separatçıların tərəfində nizami Rusiya qoşunlarının döyüşdüyünü bəyan edərək, Donbassda baş verənlərin artıq "antiterror" əməliyyatı deyil, Rusiya ilə müharibə olduğunu bildirir. Moskva bu ittihamları rədd edir.

Diqqət. Ukrayna hadisələrini daim yenilənən canlı bloqda izlə. «Davamı» düyməsini sıxmaqla bloqu vərəqləmək olar.

00:13 5.9.2014

Ilovaysk qazanı

İlovaysk qazanı
Gözlə
Embed

No media source currently available

0:00 0:04:31 0:00

Sərhəddən 40 km aralıda yerləşən İlovaysk şəhərini ələ keçirməklə Ukrayna ordusu Donetsk şəhərindəki yaraqlıların Rusiya ilə əlaqəsini kəsirdi. Rusiya bunun qarşısını ancaq bir yolla ala bilərdi - birbaşa hərbi müdaxilə ilə. Rusiya desant qoşunlarının 2 hissəsi separatçılarla döyüşə girən Ukrayna könüllülərinin arxasından zərbə vurdu. AzadliqRadiosu Ukrayna xidməti hadisələrin xronologiyasını təqdim edir.

20:22 4.9.2014

MARIUPOL DONETSK OLMAQ İSTƏMİR

Rusiyameylli separatçıların saytlarında xəritə dərc edərək Azov sahilindəki Mariupol şəhərinin mühasirəyə alındığını iddia olunur. Məlumatı dəqiqləşdirmək üçün AzadliqRadiosu Ukrayna xidmətinin müxbiri Dmytro Shurkhalo ilə telefon əlaqəsi saxladıq. Mühasirə xəbərlərini təkzib edən Shurkhalo bildirir ki, Rusiyameylli yaraqlılar anca Rusiya sərhəddi tərəfdən şəhərə 20 kilometrədək yaxınlaşıblar. Şirokino qəsəbəsi yaxınlığındakı cəbhə xəttində mövqe döyüşləri baş verib. Onun sözlərinə görə Mariupolun şimalında, təqribən 60 km-lik məsafədə, Volnovaxa stansiyası Ukrayna ordusunun nəzarətindədir. Qərb istiqamətində, Mariupol-Berdyansk yolunun bağlanmasından sphbət belə gedə bilməz, bunun üçün separatçıların qüvvələri böyük hərbi bir manevr etməlidirlər və belə bir hadisə baş versəydi onun xəbəri dərhal çıxardı. Mariupol şəhərinin mərkəzində Ukraynanın bütövlüyü tərəfdarlarının mitinqi olub, şəhər sakinləri deyirlər ki, Mariupolun Donetskə çevrilməsini istəmirlər.

Davamı

XS
SM
MD
LG