Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:04

Mario Vargas Llosa: "Onu prezident olmağa qoymayacam"


Mario Vargas Llosa
Mario Vargas Llosa

-

Nobel mükafatlı yazıçı Mario Vargas Llosa vətəni Peruda 2016-cı ildə keçiriləcək prezident seçkilərində yenə fəal olacaq.

Amma öz namizədliyini irəli sürməyəcək. Prezident seçilmək şansı böyük olan Keiko Fujimori-yə qarşı kampaniya aparacaq.

“Ölkə cəhənnəmə gedirsə, buna etiraz etmək lazımdır” – deyə yazıçı yerli televiziya kanalına bildirib.

Keiko Fujimori kimdir?

O, Perunun keçmiş avtoritar lideri, yapon əsilli Alberto Fujimori-nin qızıdır. Llosa 1990-cı ildə prezidentliyə namizəd olanda məhz ona uduzmuşdu.

Demokratik yolla seçilməsinə baxmayaraq A.Fujimori zorakı metodlara əl atmış, xüsusən solçu üsyançılara qarşı “ölüm eskadronları” təşkil etmişdi.

Keiko Fujimori
Keiko Fujimori

Hazırda elə buna görə 25 illik həbs cəzası çəkir.

Keiko Fujimori atasının həbsini ədalətsiz sayır.

Llosa ötən seçkilərdə də prezidentliyə namizəd olmuş Keiko Fujimori-yə qarşı kampaniya aparmış, onun rəqibi Ollanta Humala-nı dəstəkləmişdi.

Humala qalib gəlmişdi.

Amma ölkə konstitusiyası bir nəfərin bir dəfədən artıq prezident olmasına icazə vermədiyi üçün o, gələn seçkiyə qatıla bilməz.

Keiko Fujimori jurnalistlərə deyib ki, Llosa, sadəcə, onun atasına seçkidə uduzmasının heyfini çıxır.

XS
SM
MD
LG