Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 18:37

Lavrov anti-İŞİD dövlətlərini Bashar Assadla əməkdaşlığa çağırır


Rusiya Xarici İşlər naziri Sergei Lavrov BMT Baş Assambleyasında Təhlükəsizlik Şurasında
Rusiya Xarici İşlər naziri Sergei Lavrov BMT Baş Assambleyasında Təhlükəsizlik Şurasında

BMT-nin Baş Assambleyasında çıxış edən Rusiyanın müdafiə naziri Sergei Lavrov Birləşmiş Ştatları öz maraqlarının müdafiəsi üçün “hərbi müdaxilədən” istifadədə ittiham edib. Sentyabrın 27-də danışan Lavrov deyib ki, “Vaşinqton öz maraqlarını təmin etmək üçün gücdən birtərəfli istifadə haqqını açıq bəyan edib”.

Lavrov:

“Nə üçün Baş Assambleya suveren ölkələrin daxili işlərinə qarışmağın yolverilməzliyini bildirən, dövlət çevrilişlərindən rejim dəyişikliyi üçün istifadəni pisləyən qətnamə qəbul etmir. Bəzi ölkələrin başqaları üzərinə qanunsuz təzyiq tətbiq etməsi beynəlxalq işlərdən tamamilə istisna edilməlidir”.

Lavrov NATO-nu Rusiyaya qarşı “düşmən ritorikası”na görə tənqid edib, deyib ki, bu, hərbi alyansın “Soyuq Müharibə dövründəki genetik kodunu dəyişdirə bilmədiyini” göstərir.

Lavrov beynəlxalq təşkilatları, o cümlədən, BMT-nin özünü də tənqid edib:

"Əlbəttə ki, terrorizmə qarşı mübarizə əsaslı şəkildə beynəlxalq hüquqa istinad etməlidir. Xarici döyüşçülər və terrorçular haqda qətnamə də daxil olmaqla TŞ-nın yekdilliklə qəbul etdiyi silsilə qərarlar bu mübarizənin mühüm mərhələsi olub. Müttəfiqlik səylərinin uğur qazansa da, BMT nizamnaməsinə zidd addımların qarşısını almayıb" - Deyən Lavrov bəyən edib ki, Suriya ərazisindəki terrorçulara zərbələr endirən müttəfiq ölkələr Bashar Assad hökuməti ilə əməkdaşlıq etməlidir.

Onun fikrincə, Suriya hökuməti dəfələrlə belə əməkdaşlığa hazır olduğunu bildirib, digər tərəfdən isə Suriya hökuməti ilə razılaşdırılmayan əməliyyatlar ölkənin suverenliyinə ziddir.

Lavrovun sözlərinə görə, Qərb, ayrı-ayrı ölkələrdə demokratiya, hüququn aliliyi və insan haqlarını təbliğ edərkən beynəlxalq məkanda millətlərin suveren hüququnu pozur. O, Birləşmiş Ştatları və Avropa Birliyini “Avropada bütün millətlərin qanuni maraqlarını nəzərə almadan nəzarətində olan geosiyasi məkanı” genişləndirməyə çalışmaqda ittiham edib.

Lavrov son olaraq Rusianın hər zaman sülh naminə barışdırıcı siyasət güddüyünü də iddia edib:

"Rusiya müsbət, barışdırıcı siyasət yürüdür. Biz ilk baxışdan nə dərəcədə həlledilməz görünməsinə baxmayaraq ən mürəkkəb məsələlər barədə diskussiyalara həmişə açıq olmuşuq və bundan sonra da açıq olacağıq. Biz kompromislərin tapılmasına, maraqlar balansının yaradılmasına və güzəştlərə hazırıq. Lakin bir şərtlə ki, proses səmimi, ehtiramlı və bərabər olsun."

XS
SM
MD
LG