Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 05:59

Putin: «Xəzərin əksər hissəsi ortaq olacaq»


-

ÜÇ NƏTİCƏ

Xəzər sammiti başa çatandan sonra birgə mətbuat konfransında Putin deyib ki, “mən bütün məsələlərin həll olunduğunu deyə bilmərəm. Bununla belə qalan məsələlər azdır. Sularda demarkasiya, kontinental şelf, mineral resurslar, gəmiçilik və balıqçılıq rejimləri haqda daha dəqiq ifadələr barədə razılığa gəldik. “

Putin xüsusi qeyd edir ki, razılşamanın əsas hissələrindən biri Xəzərin əksər hissəsinin ümumi istifadədə olması razılığıdır.

Putin başqa bir razılaşmanı da xüsusi qeyd edir. “Yekun qətnaməyə bir fundamental prinsip daxil edilib. Yalnız sahilyanı dövlətlərin Xəzərə hərbi çıxışı var”.

Qazaxıstan prezidentyi Nazarbayev də hesab edir ki, bu sammitdə irəliyə doğru sıçrayış oldu.

YEKUN STATUS

Sammit vaxtı isə Putin demişdi ki, o, Xəzərin statusunun gələn Xəzər sammtində həll olunacağına, razılıq imzalanacğına ümid edir.

Bütün bunlar Xəzər sammitinin əsas nəticələridir.

Sammit isə sentyabrın 29-u Həştərxanda keçirilib.

Sayca 4-cü olan bu sammitdə 5 Xəzəryanı ölkənin prezidenti iştirak edib.

Rusiya, Qazaxıstan, İran, Azərbaycan və Türkmənistan liderləri Xəzərin statusunu müzakirə ediblər.

1991-ci ildə SSRİ dağılandan bəri 5 Xəzəryanı dövlət Xəzərin zəngin ehtiyatlarının necə bölünməsi üstə mübahisə edir. Xəzər göl hesab olunsa, onda onun ehtiyatları 5 dövlət arasında bərabər bölünməlidir, yox, əgər dəniz olsa, onda hərənin öz sektoru olacaq.

Xəzərin statusu ilə bağlı son müqavilələr 1921-ci və 1940-cı illər SSRİ-İran müqavilləridir.

Xəzər sammiti ərəfəsi Rusiya Xəzərin 5 dövlət arasında sektorlara bölünməsinə qarşı çıxdı.

Rusiyanın xarici işlər nazirliyinin rəsmisi İgor Bratchikov sentyabrın 22-də Moskvada jurnalistlərə deyib ki, Moskva 1921-ci il İran-SSRİ müqaviləsinin şərtlərinə tərəfdardır.

Həmin müqavilə Xəzəri göl hesab edirdi və Xəzəri SSRİ ilə İran arasında iki yerə bölürdü.

Hazırda Rusiya, Qazaxıstan və Azərbaycanın Xəzərin bölgüsü ilə bağlı ikitərəfli sazişləri var. Həmin sazişlər bölgüdə orta xətt prinsipinə əsaslanır.

İran isə 5 Xəzəryanı dövlət arasında vahid sazişin bağlanmasını istəyir.

İran Xəzərin 5 bərabər yerə bölünməsinə tərəfdardır.

Xəzər sammtinin açılışında Rusiya prezidenti Putin deyib: “Mən əminəm ki, gələcək əməkdaşlıq regional sabitliyi möhkəmləndirəcək, terrorizmlə, qaçaqmalçılıqla mübarizəni daha effektiv edəcək, bizim ölkələrin iqtisadi inkişafına və dünya bazarlarında rəqabətqabiliyyətyinin artmasına əlavə təkan verəcək”

XS
SM
MD
LG