Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:14

Əli Həsənov Anar Məmmədlinin Havel mükafatından danışdı


Əli Həsənov
Əli Həsənov

-

«Azərbaycan hüquqi dövlətdir və vəzifəsindən, sosial statusundan, mövqeyindən asılı olmayaraq hər bir şəxs öz fəaliyyətini mövcud qanunvericilik çərçivəsində qurmağa borcludur. Hüququn aliliyinin təmin edildiyi hər bir ölkədə olduğu kimi, Azərbaycanda da qeyri-qanuni əməllərə görə müvafiq cəza sanksiyaları nəzərdə tutulur və zərurət yarandıqda tətbiq edilir. O ki qaldı qanunu pozmuş və məsuliyyətə cəlb olunmuş insanların xarici dairələr tərəfindən müdafiə olunmasına, həmçinin onların «mükafatlandırılması» məsələsinə, bunun çox sadə izahı var».

Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov bu sözləri apa-ya müsahibəsində dilə gətirib. O, həmin müsahibədə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri, hazırda həbsdə olan Anar Məmmədliyə AŞPA-nın «Vaclav Havel» Sülh Mükafatı verməsinə münasibətini bildirib.

Ə.Həsənovun fikrincə, belə addımlar bəlli xarici dairələrin maliyyələşdirdiyi, onların sifarişlərini yerinə yetirən və dövlətin müstəqil siyasətinə təsir vasitəsi rolunu oynayan «5-ci kolon»u qorumaq məqsədi güdür. O, daha sonra deyib:

«Eyni zamanda, hüquq müdafiəsi adı altında fəaliyyət göstərən müxtəlif xarici təşkilatların heç də müstəqil olmadıqlarını və konkret tapşırıqlar icra etdiklərini açıq göstərir. Buna görə də konkret cinayət əməli törətdiklərinə görə məsuliyyətə cəlb olunmuş, ciddi ictimai qınaq obyektinə çevrilmiş həmin insanları müdafiə etmək məqsədi güdən bəyanatlar, açıqlamalar, habelə bu tipli «mükafatlandırma» tədbirləri, ilk növbədə, onların və havadarlarının əsl simasını ifşa edir. Azərbaycan ictimaiyyəti bütün bunları görür və lazımi qiymətini verir».

XS
SM
MD
LG