Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 08:29

Putin cinayətkar qrupun liderinə saat bağışlayır?


Screen grab from the website of alleged Russian gangster Sergei Mikhailov
Screen grab from the website of alleged Russian gangster Sergei Mikhailov

-

Rusiya prezidenti Putin dəfələrlə 1990-cı illərdəki xaosu, cinayətkarlığı, quldur kapitalizmini pisləyib.

Bütün bunlar hamısı SSRİ dağılandan sonra Rusiyada yaranan vəziyyət idi.

Ancaq həmin dövrün ən məşhur qanqsterlərindən olan Sergei Mikhailov iddia edir ki, Rusiya lideri Putin bu yaxınlarda onu qol saatı ilə mükafatlandırıb.

Mikhailov Solntsevo qrupunun lideri olub.

O, öz vebsaytında bildirirdi ki, Putin ona qol saatı bağışlayıb. Mikhailov qol saatının şəklini də vebsaytına qoyub. Burda Rusiya dövlətinin simvolu olan ikibaşlı qartal və Putinin imzası var. Mikhailov yazır ki, Putin onu president saatı ilə xeyriyyə işlərinə görə mükafatlandırıb. Bu xeyriyyə ikinci dünya müharibəsi veteranları və onların ailləri ilə bağlıdır.

Mikhas ləqəbli Mikhailova Putinin saat bağışlamasını Putinin sözçüsü Peskov saxtakarlıq adlandırır.

Peskov bunu Azadlıq Radiosuna bildirib.

Peskov deyib ki, əgər bu barədə Kreml danışmırsa, deməli belə hadisə olmayıb.

Mikhailov Rusiyada, ABŞ-da və Avropada kriminal aləmin ən nüfuzlu üzvlərindən biri hesab olunur.

Azadlıq Radiosu Mikhailovun köməkçisi vasitəsi ilə onunla əlaqə saxlayıb. Mikhailov deyib ki, bu barədə heç nə deməyəcək, çünki o hər şeyi öz vebsaytında bildirib.

Mikhailov deyir ki, o son 20 ildə xeyriyyəyə 100 milyon dollar verib. Ona görə onun fəaliyyətini Kremlin qiymətləndirməsi onun üçün gözlənilməz olmayıb.

SOLNTSEVO QRUPU

Moskvanın keçmiş polis rəsmisi Nikolay Uporov deyir ki, ilk dəfə Mikhailov haqda 1987-ci ildə eşidib. O vaxt Solntsevo qruplaşması küçədəki mağazalardan pul yığırdı, əvəzində onları qoruyurdu.

Uporov 1998-ci ildə Cenevrədə Mikhailovun məhkəməsində ifadə verib.

Mikhailov 1989-cu ildə həbs olunmuşdu. Ancaq şahidlər ifadə verməkdən imtina etdilər və cinayət işi baş tutmadı. Uporov deyir ki, bundan sonra Solntsevo cinayətkar qrupu öz fəaliyyətini silah və narkotik alverinəcən genişləndirdi.

Mikhailov isə Avropaya köçdü və İsveçrədə qərarlaşdı.

Onu İsveçrədə 1996-cı ildə həbs etdilər. Növbəti ildə İsveçrə prokurorları Vadim Rozanbaum adlı şahidin ifadəsini almaq istəyirdilər. Ancaq onu Hollandiyanın Oirschot şəhərində öz evində ölü tapdılar.

İsveçrə andlılar məhkəməsi dəlil olmadığına görə Mikhailova bəraət verdi. Hətta Mikhailov həbsdə olduğu müddətdə gəlirdən məhrum olduğuna görə ona itirdiyi gəliri də kompensasiya etdilər. O həbsdə yatmağı ilə bir neçə yüz min dollar qazandı.

İsveçrə prokurorları həmin istintaq vaxtı Rusiya prokurorları ilə heç bir əməkdaşlığın olmamasını qeyd edirdilər.

2002-ci ildə Rusiya polisi Mikhailovun evinə reyd etdi. Ancaq Mikhailova qarşı heç vaxt cinayət işi açılmayıb.

2012-ci ildə Wikileaks Dövlət Departamentinin teleqramını yaydı. Orda deyilirdi ki, Rusiyada DİN və FSB cinayətkar aləmlə əlaqələdir, FSB Solntsevo qrupuna real himayə göstərir.

Mikhailov dəfələrlə deyib ki, o, iş adamıdır və Solntsevo qrupu ilə əlaqəsi yoxdur.

Putinin 15 illik hakimiyyəti dövründə Mikhailov Rusiyanın siyasi, iqtisadi elitasına inteqrasiya edib. Onun Rusiya partirarxı İİ Aleksiy, Duma deputatları ilə şəkilləri var.

Mikhailovun vebsaytında onun hətta Mike Tysonla şəkli var.

EKPERTLƏR İNANMIR

Rusiyanın cinayətkar aləmi üzrə ekspert olan Mark Galeotti hesab edir ki, Mikhailovun bütün gedişlərinə baxmayaraq Putinin ona öz imzası ilə saat bağışlaması ağlabatan deyil. Galeotti Nyu York universiteinin professorudur.

Rusiyanın cinayətkar aləmini öyrənən rusiyalı jurnalist Sertgei Kanev isə deyir ki, ola bilsin, bu mükafatı Mikhailova prezident adından mükafatları verən təşkilat bağışlayıb. Novaya Qazetanın jurnalisti Kanev deyir ki, o, Putinin belə işlərə baş qoşmasına inanmır.

XS
SM
MD
LG