Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:10

Rəşadət Axundov: «Azadlığa çıxmağa kilidlənməyək»


Rəşadət Axundov, gənc aktivist
Rəşadət Axundov, gənc aktivist

-

Gözlə

No media source currently available

0:00 0:02:37 0:00
Direct-ə keçid

"Dünyada gedən prosesləri, Rusiya ilə münasibətləri götür-qoy edəndən sonra bu qərara gəliblər. Azərbaycanın çərçivəsi getdikcə daralır, düşünüblər ki, indiki halda ən doğru addım prezidentə müraciətdir".

Bu sözləri həbsdə olan nidaçı Rəşadət Axundovun atası Firkət Axundov deyir. O, oktyabrın 2-də Rəşadətlə görüşüb. Ümumilikdə əhvalının yaxşı olduğunu bildirir. Prezidentə müraciətlərinə gəlincə, Firkət Axundov deyir ki, bu söhbəti ilk Rəşadətin özü açıb:

"Mənim fikrimi soruşdu. Düzü, ona bəzilərinin müraciət haqda dediklərini çatdırmadım. Amma sonra özü dedi ki, haqlarında yazılanlardan, danışılanlardan xəbərdardır. Mən elə bilirdim onlara yalnız "Azadlıq" qəzeti verilir, sən demə "Müsavat" qəzeti də verilirmiş. Oradan oxuyublar hamısını. Mənə dedi ki, düzgün anlamayanlar da var".

Fikrət Axundov bildirir ki, müraciətdən preşmançılıqları yoxdur. Amma tezliklə azadlığa çıxacaqlarına da ümidli deyillər:

"Rəşadətin özünün bir sözü var ki, "azadlığa çıxmağa kildlənməyək". Həbsdə bu cür fikirlərlə yaşamaq çox çətindir. Onlar da azadlığa çıxacaqları fikirlərini özlərindən uzaqlaşdırıblar".

Oktyabrın 30-da NİDA Vətəndaş Hərəkatının 6 üzvü ölkə başçısına müraciət edib. Müraciətdə prezidentdən onların azadlığa çıxması, yaxınlarına qovuşmalarına töhfə verməsi gözlənilir.

XS
SM
MD
LG