Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:10

Hacı Məmmədov haqqında film çəkilə bilər


Rejissorlar Hacı Məmmədov haqqında film çəkmək üçün onun məhkəməsinin başa çatmasını gözləyirlər
Rejissorlar Hacı Məmmədov haqqında film çəkmək üçün onun məhkəməsinin başa çatmasını gözləyirlər

Çoxsaylı qətllər törətməkdə və adam oğurluqlarında ittiham olunan Daxili İşlər Nazirliyinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədov haqqında film çəkilə bilər. Bu ideyanı rejissorlar Şeyx Əbdül Mahmudbəyov və Xamis Muradov irəli sürüb. Rejissor Şeyx Əbdül Mahmudbəyov deyir ki, Hacı Məmmədov haqqında çəkmək istədikləri bədii televiziya filmi Azərbaycan həqiqətlərini əks etdirən detektiv əsər olmalıdır: «Sprut» filmi İtaliyada kriminal dairələrin fəaliyyətindən bəhs edən filmdir. Bu film ona görə belə uğurlu alındı ki, orada cərəyan edən hadisələr sırf İtaliya həyatından götürülmüşdü. Hacı Məmmədov və onun dəstəsinin əməlləri də Azərbaycan reallıqlarıdır ona görə bu filmi biz Azərbaycansayağı detektiv kimi çəkmək niyyətindəyik».


Şeyx Əbdülün filmin ssenarisini yazmaq üçün yazıçı Çingiz Abdullayevə müraciət edəcəklərini bildirir. Yazıçı indi Azərbaycanda olmadığından ideya onunla razılaşdırılmayıb.


Rejissor hazırda məhkəmənin başa çatmasını gözlədiklərini deyir: «İstəyirik ki, bu hadisələrə hüquqi qiymət verilsin və sifarişçilərlə bağlı müəmma aradan qaldırılsın».


Şeyx Əbdül fikirləşir ki, filmi çəkmək üçün sponsor tapmaq problem olmayacaq, çünki detektiv filmlərə həmişə böyük maraq olub. Filmin təşəbbüsçüləri ideya ilə bağlı kinostudiyaya müraciət edəcəklər.


Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə adam oğurluğu və qətllər törətməkdə ittiham olunan DİN-in sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov və onun rəhbərlik etdiyi bildirilən daha 26 nəfərin məhkəmə prosesi davam edir.


XS
SM
MD
LG