Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:56

Ömər Məmmədov əfv üçün müraciət etdi


Gənc bloqqer Ömər Məmmədov
Gənc bloqqer Ömər Məmmədov

-

5 il azadlıqdan məhrum edilən bloqqer Ömər Məmmədov prezident İlham Əliyevdən əfv olunmasını istəyib. Bu haqda məlumat Penitensiar Xidmətin səhifəsində yerləşdirilib. Onun adından təqdim olunan müraciətdə deyilir:

“Həbs olunan günədək ali təhsil alırdım, təhsilimi davam etdirmək, valideynlərimin yaşlı olmasını, özümün gənc olmağımı, gələcəkdə Respublikamızın layiqli vətəndaşı kimi təhsilimi başa çatdırmağımı nəzərə alaraq Sizdən xahiş edirəm ki, məni əfv edəsiniz”.

Ömər Məmmədov Mətbuat Şurasına və Vətəndaş Həmrəyliyi Partiyasının rəhbərliyinə də müraciət edib:

“Bu ərizəni və yazdığım müraciəti özüm yazmışam və bu, mənim öz fikrimdir. Əlavə olaraq da VHP rəhbərliyindən xahiş edirəm ki, məni üzv olduğum partiyadan bu günkü gündən çıxardasız”.

Ömər Məmmədov 2014-cü il yanvarın 24-də Bakıda tutulub. İstintaqın məlumatına görə, onun üzərindən 6 qram heroin götürülüb. Müdafiəçiləri isə Ömər Məmmədovun bloqçu fəaliyyətinə, ictimai-siyasi aktivliyinə görə tutulduğunu iddia edirlər. Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə ittiham olunan bloqqer 2014-cü il iyulun 4-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il azadlıqdan məhrum edilib.

Bu ilin iyulunda “NİDA” üzvü Şahin Novruzlu da əfv üçün müraciət etmişdi.

Ötən ay isə “NİDA”-nın həbsdə olan 6 üzvü - Rəşadət Axundov, Rəşad Həsənov, Üzeyir Məmmədli, Zaur Qurbanlı, Məmməd Əzizov və İlkin Rüstəmzadə dövlət başçısından azadlığa buraxılmalarını istəmişdi.

XS
SM
MD
LG