Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 02:47

Səudiyyə Ərəbistanının neft dollarları ilə qurulan İslam Dövləti


Ayətullah Ahmad Khatami
Ayətullah Ahmad Khatami

-

Tehranda cümə namazına başçılıq edən Ayətullah Ahmad Khatami Səudiyyə Ərəbistanını Suriya və İraqdakı İslam Dövləti (İD) təşkilatının yaraqlılarını maliyyələşdirməkdə ittiham edib.

Tehran və Ər-Riyad arasında gərginlik Səudiyyə Ərəbistanının xarici işlər naziri, şahzadə Saud Al-Faisal-ın bəyanatından sonra yenidən alovlanıb. Şahzadə deyib ki, İran Suriyada, İraqda və Yəməndəki problemin bir parçasıdır və o, özünün «işğalçı qüvvələrini» bu üç ölkədən çıxarmalıdır.

Ahmad Khatami oktyabrın 17-də Tehranda cümə namazı zamanı Al-Faisal-ın bəyanatından və onun özündən söz açıb:

«Səudiyyə Ərəbistanının xarici işlər naziri deyir ki, İran problemin həlli yox, onun bir hissəsidir. Bu, çox qəribə səslənir. Hamı bilir ki, İD sizin neft dollarlarınızla yaradılıb. Hamı bunu da bilir ki, İslam dünyasında hər bir terror aktını səudlar maliyyələşdirir… Həqiqət bundan ibarətdir ki, siz problemin bir hissəsi yox, onun hamısısınız!».

İran lideri Ayətullah Ali Khamenei-nin ruporu sayılan «Keyhan» qəzeti oktyabrın 16-da al-Faisal-ı daha kəskin tənqid edən baş məqalə ilə çıxıb.

Saud Al-Faisal
Saud Al-Faisal

«Al-Faisal-ın anti-İran qeydləri o qədər səfehdir ki, bunları yalnız parkinson və alsqeymer xəstəsi olan adam deyə bilərdi» – yazır «Keyhan».

Sünni Səudiyyə Ərəbistanı və şiə İran arasında münasibətlər 2013-cü ildə Hassan Rohani-nin prezident seçilməsi ilə yumşalsa da, gərginlik qalmaqda idi. İndi Suriya və İraqda İD məsələsinə görə əlaqələr yenidən pisləşməyə başlayıb.

Hər iki ölkə İD-in əleyhinə olsa da, Səudiyyə Ərəbistanı İranın ərəb ölkələrində şiə qruplarını dəstəkləməsindən, İran isə Səudiyyə Ərəbistanının İD-ə qarşı ABŞ koalisiyasına qoşulmasından narazıdır.

XS
SM
MD
LG