Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:50

Azərbaycanın ən «kasıb» regionu Naxçıvandır


2015-ci il büdcəsində rayonlar üzrə nəzərdə tutulan gəliri əhalinin sayına böləndə belə mənzərə alınır. Bəs ən varlı rayon hansıdır. Ətraflı Azərbaycanın interaktiv gəlir xəritəsində

-

Büdcə məlumatları ilə hər bir sadə şəxsin maddi vəziyyətini birbaşa əlaqələndirmək çətindir. Dövlətin nəhəng xərcləri adi vətəndaşlara abstrakt rəqəmlər kimi görünür, təqaüd və maaşlardan başqa büdcə milyardlarından hər bir adama düşən payı görmək elə da asan deyil. Lakin bəzi sadə hesablamalrla belə bir bağlılığı şərti də olsa göstərmək olar. Məsələn, AzadliqRadsiosu 2015-ci ildə dövlət büdcəsində nəzərədə tutulan gəliri Azərbaycan əhalisinin sayına böləndə, şərti olaraq adambaşına 750 manat gəlir düşdüyü görünür (bu hesablamada neft fondundan büdcəyə ayrılan xərclər nəzərə alınmayıb).

 

Eyni hesablamaları rayonlar üzrə aparanda isə maraqlı regional mənzərə alınır. Məsəslən məlum olur ki, dovlət büdcəsindən Bakının rayonları ən “varlı” (2976 AZN), Naxçıvan Muxtar respublikası (16,9 AZN) isə ən “kasıb” regionlar kimi çıxırlar. Qeyd etmək istərdik ki, bu məlumatlar heç də hansısa rayon əhalisinin digərlərindən imkanlı və ya imkansız olması mənasını vermir. Azərbaycanda fərdlərin rifah səviyyəsi arasındakı fərq və sosial təbəqələşmə ancaq büdcə xərcləri ilə müəyyən olunmur.

 

Xatirladiriq ki, infoqrafikdəki rəqəmlər elmi araşdırma metodları ilə aparılmadığından onun nəticələri ancaq şərti xarakter daşıyır və AzadliqRadiosu.az oxucularında Dövlət büdcəsi haqda təsəvvürləri gücləndirmək məqsədilə hazırlanıb.

 

Hesablamalrda dövlət statistika komitəsinin əhalinin rayonlar üzrə sayı haqda məlumatlardan istifadə olunur.
 

Naxçıvan Muxtar respublikasında büdcə gəlirlərinin rayonlar üzrə paylaşması haqda məlumat olmadığından bütün Naxçıvan rayonlarında muxtar respublikanın ümumi göstəriciləri verilib.  
 

XS
SM
MD
LG