Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:08

Qrantlar qanundankənar qalıb...


Sahib Məmmədov
Sahib Məmmədov

-

Prezident İlham Əliyevin fərmanı ilə qrant müqavilələrinin qeydiyyata alınması qaydaları noyabrın 1-dən ləğv edilib.

Nazirlər Kabineti qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların) qeydiyyata alınmasının yeni qaydalarını noyabrın 1-dək müəyyən edib prezidentə məlumat verməli idi.

Hələ ki, Nazirlər Kabineti belə bir qaydaların hazırlanması barədə ictimaiyyətə məlumat verməyib.

Noyabrın 1-də ləğv olunan qaydalara görə, müqavilələrin (qərarların) qeydiyyata alınmasını Ədliyyə Nazirliyi həyata keçirir.

Müqavilə (qərar) bağlandığı (verildiyi) andan ən geci bir aya müqavilənin (qərarın) surətini qeydiyyata aldırmaq üçün QHT-lər Ədliyyə Nazirliyinə müraciət etməli idilər. Nazirlik isə bir həftə ərzində həmin müqaviləni qeydə alırdı və bu barədə bildiriş verirdi.

QHT-lərə Dəstək Dövlət Şurasının üzvü Sahib Məmmədov AzadlıqRadiosuna müsahibəsində səbirsizliklə yeni qaydaların qüvvəyə minməsini gözlədiklərini deyir:

Gözlə

No media source currently available

0:00 0:03:37 0:00
Direct-ə keçid

- Təəssüf edirəm ki, yeni qaydalar noyabrın 1-ə kimi elan edilmədi. Yəqin bu, QHT haqqında qanuna yeni dəyişiklərlə bağlıdır. Bu dəyişikləri nəzərə almaqla yeni qaydalar müəyyənləşəcək, mən belə hesab edirəm. QHT-lərə Dəstək Dövlət Şurasının da mövqeyi budur ki, qrant müqavilələri barədə bildirişlərin verilməsi onlayn olmalıdır və bu proses asanlaşmalıdır. İndi Azərbaycanda qrant vermək istəyən təşkilatlar müəyyən prosedurdan keçməlidir, yəni, nümayəndəlik yaratmalıdır, saziş bağlamalıdır və s. Amma qrant verməklə bağlı problemləri olmayan təşkilatlar, o cümlədən dövlət orqanları, yerli donorlar üçün asanlaşdırılmış proses olmalıdır. Gözləyirəm ki, prosedur ən azı elektron formaya keçəcək.

- Köhnə qaydalar qüvvədən düşüb, yeni qayda da yoxdur. Bu, QHT-lərə problem yaradır?

- Əlbəttə. Biz də daxil olmaqla xeyli QHT var ki, aylardır bildiriş ala bilmir. Köhnəsi qüvvədə deyil, təzəsi də yoxdur. Tanıdığım nə qədər QHT var ki, aldığı layihəni işə sala bilmir. Yalnız dövlət büdcəsindən maliyyələşən Gənclər Fondu və QHT-lərə Dəstək Dövlət Şurasından maliyyələşən layihələr həyata keçirilir. Çünki burda məlumatı donor özü verir. Amma dövlət büdcəsinə bağlılığı olmayan yerli donorlardan alınan layihələrə belə bildiriş almaq mümkün deyil.

- Nazirlər Kabineti yeni qaydaların tərtibində tövsiyəsini vermək üçün QHT-lərə Dəstək Dövlət Şurasına müraciət edibmi?

- Bilirsiniz ki, QHT-lərin problemləri ortaya çıxandan sonra Şura komissiya yaradıb. Müzakirələrimizə bütün maraqlı tərəfləri dəvət etmişik və orda da təkliflərimizi səsləndirmişik. Bu təklifləri dartışıb Nazirlər Kabinetinə təqdim etmişik.

- Nazirlər Kabinetinin nümayəndələri də iştirak edibmi?

- Yox, ordan qatılan olmayıb, amma parlament, Ədliyyə Nazirliyinin təmsilçiləri iclasımızda iştirak ediblər. Məncə, Nazirlər Kabineti qaydaları hazırlayanda, Ədliyyə Nazirliyi ilə məsləhətləşməlidir. Bu mənada deyə bilərik ki, yeni qayda ilə bağlı təkliflərin müzakirəsində hökumət də təmsil olunub. Bilirəm ki, başqa QHT-lər də Nazirlər Kabinetinə öz təkliflərini göndəriblər.

- Məlumatınız varmı ki, təkliflər nəzərə alınır, ya yox?

- Yalnız Nazirlər Kabineti yeni qaydaları elan edəndə biləcəyik ki, təkliflərimiz nəzərə alınıb, ya yox.

XS
SM
MD
LG