Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 09:48

Binə aksiyasına görə cinayət işi başlayıb, 11 nəfər saxlanılıb


Binə aksiyası: «...yarısını döydülər, yarısını apardılar»
Gözlə

No media source currently available

0:00 0:03:34 0:00

Binə aksiyası: «...yarısını döydülər, yarısını apardılar»

-

Binə-Hövsan avtomobil yolunu bağlamağa cəhd göstərənlərdən 4 nəfər barəsində cinayət işi qaldırılıb. 11 nəfər barəsində isə inzibati həbs tədbiri seçilib.

Bu barıdə DİN-in rəsmi saytında məlumat yayılıb. Nazirlik bildirir ki, noyabrın 8-də səhər saatlarında 160-170 Binə sakini qəsəbə ərazisindən keçən avtomobil yolunun təmirinin sona çatdırılmamasına etiraz olaraq Binə-Hövsan avtomobil yolunu bağlamağa cəhd göstərib.

«Cəhdin qarşısı alınarkən onlardan bir qrupu polisin haqlı tələblərinə tabe olmayaraq daş atıb, Post-Patrul Xidməti Bölüyünün əməkdaşları, polis serjantları Xankişi Quliyevə, Elvin Ramazanova, polis kiçik serjantları Samir Bayramova və Zöhrab Hacıyevə xəsarət yetiriblər. «Fiat-Doblo» markalı iki xidməti avtomobilə ziyan vurulub».

Nazirlik bildirir ki, hadisənin fəal iştirakçılarından 19-u polisə gətirilsə də, sonradan ikisi azyaşlı olan 4 adam xəbərdarlıq edilib buraxılıb. 11 nəfər barəsində inzibati həbs tədbiri seçilib, 4 nəfər barəsində isə cinayət işi başlanıb.

Sakinlər etiraz aksiyasına başlamazdan əvvəl.

Binə, 8 noyabr, 2014. Aksiya hələ başlamayıb.
Gözlə

No media source currently available

0:00 0:00:13 0:00

XS
SM
MD
LG