Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:08

250Plyus bu dəfə nələrdən danışır (Anons)


Makarevichi aşıqlığına baxmaq istəsən, 250Plyusa təşrif buyur - yerin məlum
Makarevichi aşıqlığına baxmaq istəsən, 250Plyusa təşrif buyur - yerin məlum

Zirə qarpızı Ezop bu dəfə görüşünüzə Bakı Avropa oyunları, Polisin elektroşok və ya 9 qram dilemması və sair mövzularla gəlir. Tezliklə ARTV kanalında

-

Bələdiyyə seçkiləridir. Müdir öz işçilərinin hərəsinə bir zərf paylayıb əmr edir ki, səhər tezdən seçkiyə gedib səs versinlər. İşçilərdən biri zərfi açmaq istəyir. Müdir qəzəblənir:

- Ə, nağayrırsan?!

Ceyran və Nar

İşçi:

- Necə nə? Bəs baxım, görüm kimə səs verirəm də...

Müdir:

- Ə, a bisavad, bə bilmirsən Konstitusiyaya görə Azərbaycanda seçkilər GİZLİ səsvermə yolu ilə keçirilir?!

Bu lətifəni sizlərə avans kimi göndərən Zirə qarpızı Ezop xahiş edir ki, bir qədər də səbr edəsiniz. Tezliklə gələcəyi görüşünüzün menyusunda nə varr? Menyuda nə yoxdur sualına cavab vermək daha asandır. Məsələn:

və ya Makareviç Heydər Əliyev adına Lenin sarayının həsrətindən necə məcnun olub dağlara düşdü.- Polisin elektroşok və ya 9 qram dilemması elmi tədqiqat institutunda həll edilir. Professor Maraz Matikovun eksperimentləri bütün İ-lərin başına "nöqtə" qapazı qoyur

Tezliklə ARTV kanalında.


250 Plyusun Facebook səhifəsinə buyurub, veriliş haqda fikirlərini yaz, bizə mövzu təklif et, elə oradaca - video bölməsində - 250Plyusun tam arxivinə bax.

250Plyusun əvvəlki proqramları

XS
SM
MD
LG