Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:46

Rusiyanın ən yaxşı romanı seçildi


Zakhar Prilepin
Zakhar Prilepin

-

Rusiyanın ən nüfuzlu ədəbiyyat mükafatlarından olan “Böyük kitab”ın (Большая книга) bu ilki qalibi Zakhar Prilepin-dir.

39 yaşlı yazıçı mükafata «Обитель» romanına görə layiq görülüb.

Roman SSRİ-nin ən böyük əmək düşərgələrindən olan Solovki haqdadır.

20-ci illərin sonudur. Düşərgədə baş verənləri həm də gələcəkdə milyonlarla insanın başına gələcək müsibətlərin “qaranquşu” saymaq olar. 27 yaşlı qəhrəmanın düşdüyü bu düşərgədə cəlladlarla qurbanları ayırd etmək çətindir. Burada onlarla insanın taleyindən xəbər tuturuq, bunlar həm də bütövlükdə böyük bir ölkənin taleyidir.

İkinci mükafat Vladimir Sorokin-ə (“Telluriya” romanına görə), üçüncü mükafatsa Vladimir Sharov-a (“Misirə qayıdış”) verilib.

1-ci yer üçün mükafat 3 milyon rubl (təxminən 65 min dollar), ikinci yer üçün mükafat 1,5 milyon rubl, üçüncü yerə görə mükafatsa 1 milyon rubldur.

XS
SM
MD
LG