Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 09:04

Xədicənin həbsi 5-14 dekabr xronikası

Dekabrın 5-də Xədicə İsmayıl həbs olunub. Onu ittiham edirlər ki, Tural Mustafayev adlı şəxsi özünə qəsd həddinə çatdırıb. Dekabrın 6-da Xədicə İsmayılın evində axtarış aparılıb. Azad Avropa AzadlıqRadiosu korporasiyasının rəhbərliyi jurnalistin həbsinin arxasında onun peşə fəaliyyətinin durduğunu bəyan edərək, Azərbaycan prezidentinin və digər məmurların qanunsuz biznesini üzə çıxardığına görə Xədicədən qisas alındığını bildirib. Beynəlxalq ictimaiyyət də Azərbaycan hakimiyyətinin əməllərini pisləyib. Hakimiyyət nümayəndələri bu ittihamları rədd edir.

AzadlıqRadiosunun saytında Xədicə İsmayılla bağlı online forum mövcuddur. Burada onun həbsi haqda fikirlərini sən də bölüşə, Xədicəyə sual göndərə bilərsən.

AzadlıqRadiosu hadisələri izləyərək canlı bloqu daim yeniləyir. Ən yeni xəbərlər bloqun əvvəlində yerləşdirilir. Mətndən aşağıda göy rəngli «davamı» düyməsini basmaqla bloqu vərəqləmək, əvvəlki postlarla da tanış olmaq mümkündür.

16:39 9.12.2014
Xədicə İsmayıl
Xədicə İsmayıl
«Gözləyirdim ki, hökumətin əsəblərinin çat verən vaxtı olacaq»

AzadlıqRadiosunun əməkdaşı, araşdırmaçı-jurnalist Xədicə İsmayıl bunu dekabrın 9-da səhər telefonla bildirib.

Xədicə İsmayıl bildirib ki, hazırda saxlanma şəraitindən şikayəti yoxdur. Jurnalist həbsinin səbəblərinə də toxunub:

«Mən möhkəməm, siz də möhkəm olun. Gözləyirdim ki, hökumətin əsəblərinin çat verən vaxtı olacaq. Bu baş verdi və mən həbs olundum. Mənə qarşı irəli sürülən ittihamlar uydurmadır. Çirkli və qara piar üçün nəzərdə tutulmuş ittiham irəli sürülüb. Ancaq bütün bunlara baxmayaraq, mən möhkəməm. Bilirəm ki, sizə də asan deyil. Amma ruhdan düşməyin. İşinizi davam etdirin. Hər kəsin öz işini davam etdirməsi çox vacibdir. Həmkarlarımdan yeni-yeni araşdırmalar, hüquq müdafiəçilərindən yeni-yeni təşəbbüslər gözləyirik. İş davam etməlidir».

17:48 9.12.2014
Xədicəyə sualın varsa, bura yaz

Xədicə İsmayıl AzadlıqRadiosunun «İşdən sonra» proqramını aparmaq imkanından məhrum olunub. Onu dekabrın 5-də həbs ediblər.

Xədicəyə sualın və ya onunla bölüşməli fikrin varsa, bura yaz, sözlərini Xədicəyə çatdıraq.

17:51 9.12.2014

Ailəcanlı Əli Həsənov və Xədicənin həbsi

Kürdəxanı yolunda Avropa işıqforu (Videofakt)
Gözlə

No media source currently available

0:00 0:16:14 0:00

Hakimiyyət iddia edir ki, Xədicə İsmayılın həbsi ilə onun araşdırmaları arasında heç bir əlaqə yoxdur. Lakin bu araşdırmaların əsas nəticəsi də məhz ondadır ki, hakimiyyət mənsublarının siyasi bəyənatları təmənnasız sayıla bilməz, onların siyasi iddiaları arxasında öz ailə üzvlərinin itqisadi maraqları durur. Həmin maraqları da gizli seyflərdən çıxarıb ictimaiyyətə çatdıran Xədicədir. Məsələn, bu araşdırmadan sonra Əli Həsənovun siyasi bəyanatları nə dərəcədə səmimi səslənir, müqayisə edin.

Davamı

XS
SM
MD
LG