Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:56

Xədicənin həbsi: 20 gün sonra

Xədicə həbsinin əvvəlki günlərinin xronikasını burada oxu

Dekabrın 5-də Xədicə İsmayıl həbs olunub. Onu ittiham edirlər ki, Tural Mustafayev adlı şəxsi özünə qəsd həddinə çatdırıb. Dekabrın 6-da Xədicə İsmayılın evində axtarış aparılıb. Azad Avropa AzadlıqRadiosu korporasiyasının rəhbərliyi jurnalistin həbsinin arxasında onun peşə fəaliyyətinin durduğunu bəyan edərək, Azərbaycan prezidentinin və digər məmurların qanunsuz biznesini üzə çıxardığına görə Xədicədən qisas alındığını bildirib. Beynəlxalq ictimaiyyət də Azərbaycan hakimiyyətinin əməllərini pisləyib. Hakimiyyət nümayəndələri bu ittihamları rədd edir.

AzadlıqRadiosunun saytında Xədicə İsmayılla bağlı online forum mövcuddur. Burada onun həbsi haqda fikirlərini sən də bölüşə, Xədicəyə sual göndərə bilərsən.

AzadlıqRadiosu hadisələri izləyərək canlı bloqu daim yeniləyir. Ən yeni xəbərlər bloqun əvvəlində yerləşdirilir. Mətndən aşağıda göy rəngli «davamı» düyməsini basmaqla bloqu vərəqləmək, əvvəlki postlarla da tanış olmaq mümkündür.

17:32 15.12.2014

Yeni il təbrikinə görə Xədicə İsmayıla xəbərdarlıq olunub

Jurnalist Xədicə İsmayıl
Jurnalist Xədicə İsmayıl

Saxlandığı 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Xədicə İsmayıla xəbərdarlıq olunub. Bu haqda AzadlıqRadiosuna dekabrın 15-də onunla görüşən vəkil Fariz Namazlı məlumat verib. Vəkilin bildirdiyinə görə, xəbərdarlığa səbəb Xədicə İsmayılın bir neçə gün öncə mətbuatda yayılan Yeni il təbriki məktubu olub:

«Təсridxana rəhbərliyi Xədicə xanımın mətbuatda dərc edilən yeni il təbrikindən narahat olub. Təbrik məktubu ilə bağlı ondan izahat da alınıb. Xədicə İsmayıl məktubla bağlı izahat almaq tələbinin qanuniliyinə şübhə ilə yanaşdığını bildirib. O izahatında bildirib ki, yeni il təbrikini mətbuata telepatiya üsuli ilə çatdırıb. Bundan sonra Xədicə xanımın saxlandığı kameraya gələn təcridxana rəhbərliyi ona xəbərdarlıq edib. Xəbərdarlıqda göstərilib ki, guya Xədicə İsmayıla tədricxana rəhbərliyinə qeyri-qanuni tələblər irəli sürüb. Xədicə xanım xəbərdarlığı imzalamaqdan imtina edib».

10:42 15.12.2014

Oguzdan Yaşar forumda Xədicəyə yazır

Xədicə xanım, olmazıdmı ki, özünə normal həyat qurardın? Axı sənin kimi 3-5 adamın etirazıyla olmur bu işlər. Bu hakimiyyət köklərini torpağın dərinliklərinə pərçimləmiş bir qoca palıddır. Sizin mübarizə 3-5 adamın əlinə bıçaq alıb o palıdı kəsməyinə bənzəyir.

Sən nə fikirləşirsən? Həqiqətənmi Xədicə Don-Kixotluq edir? Foruma qoşul, fikirlərini bölüş, Xədicəyə sual, mesaj göndər.

Davamı

XS
SM
MD
LG