Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 11:43

Uşaqbazlıq ittihamını ləğv etmək üçün hərəkətə keçdi


Roman Polanski, Paris, 2009
Roman Polanski, Paris, 2009

-

Məşhur rejissor Roman Polanski 30 ildən çoxdur ki, onun üzərində qalan uşaqbazlıq ittihamını ləğv etmək üçün vəkil tutub.

“Oscar” mükafatlı rejissor 1978-ci ildə ABŞ-dan qaçmalı olub. Onu 13 yaşlı qızla cinsi əlaqədə ittiham edib axtarışa veriblər. Təqsirli bilinsəydi, o zaman ona 50 ilədək həbs cəzası verə bilərdilər.

İndiyəcən rejissor ekstradisiya qorxusundan bəzi ölkələrə gedə bilmir. Fransada yaşayır. Son illərdə Polşa və İsveçrədə onu saxlayıb sorğu-sual ediblər. Bir müddət həbsdə də qalıb.

Polanskinin vəkili Alan M Dershowitz çox məşhurdur və “WikiLeaks” saytının yaradıcısı Julian Assange-ı da təmsil edib.

“Pianoçu”, “Çayna taun” kimi filmlərin yaradıcısı olan 81 yaşlı Polanski Los Angeles Məhkəməsinə müraciət edib.

İttihama görə, Polanski model olmuş Samantha Gaimer-in sampan şərabına yuxu dərmanı töküb, sonra da dostu, aktyor Jack Nicholson-un evində onunla cinsi əlaqədə olub. 1997-ci ildə Gaimer rejissoru bağışladığını bəyan edib və ona qarşı ittihamın ləğvini istəyib.

İndi rejissor Polşaya səfərə hazırlaşır və yenidən problem yaşamaq istəmir. Polanski orada 19-cu əsrdə Fransada yaşamış milliyyətcə yəhudi olan artilleriya zabiti Alfred Dreyfus haqda film çəkir.

Dreyfusu Fransada vətənə xəyanətdə ittiham etmişdilər. Amma sonradan günahsızlığı üzə çıxmışdı. Bu hadisə Fransada böyük qalmaqala səbəb olmuş, anti-semitizm ovqatını gücləndirmiş, cəmiyyət hadisəyə fərqli yanaşan iki cəbhəyə bölünmüşdü.

Alfred Dreyfus
Alfred Dreyfus

"Petit" jurnalının üz qabığı - Dreyfusun məhkəməsinə aid rəsm. 23 dekabr 1894.
"Petit" jurnalının üz qabığı - Dreyfusun məhkəməsinə aid rəsm. 23 dekabr 1894.

XS
SM
MD
LG