Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 21:22

Ukrayna Kremli diz çökdürməyə başlayıb


Krımda işləməyən bankomatlardan biri.
Krımda işləməyən bankomatlardan biri.

Rusiya Ukraynaya kömür və elektrik verəcəyini bildirib.

Rusiya Ukraynanın şərqində separatçılarla münaqişə üzündən yanacaq xammalının çatışmazlığı ilə bağlı dayanmış istilik-elektrik stansiyalarının işinin bərpa olunması üçün kömür və elektrik verəcəyini bildirib.

Bundan bir gün əvvəl Kiyev Krıma gedən dəmir yolu və avtomobil nəqliyyatını dayandırdığını elan etmişdi.

Kiyev həmçinin Krıma verilən elektriki kəsmişdi.

“Putinin xoş məramı”

Kremlin sözçüsü Dmitri Peskov rəsmi TASS xəbər agentliyinə bildirib ki, İndi isə Rusiya hökuməti irəlicədən ödəniş olmadan, prezident “Putinin xoş məramlı addımı kimi” Ukraynaya elektrik verməyə hazırdır.

“Putin bu qərarı enerji sahəsində yaranmış böhranlı vəziyyət və ödəniş üçün vəsaitin olmaması ilə əlaqədar qəbul edib” – deyib Peskov.

Bu qərara görə, Rusiya Ukraynaya hər ay 500 min ton kömür verməyi vəd edib.

Moskva bildirir ki, tərəflər lazım gələrsə, həcmlərin artırılması barədə də danışıqlar apara bilərlər.

Energetika Nazirliyinin məlumatına görə, Ukraynanın kömür ehtiyatları 1, 5 milyon tondur, lakin qış ayları üçün bu ölkəyə 4-5 milyon ton kömür lazımdır.

Reuters agentliyi bildirir ki, Ukrayna normal halda özünü ekektrik enerjisi ilə təmin edir, lakin ölkənin şərqində separatçılarla davam edən münaqişəyə görə istilik-elektrik stansiyalarına kifayət qədər kömür gətirilməyib.

Ukraynanın energetika naziri Voldymyr Demchyshyn bildirib kİ, Rusiyadan kömür təchizatı ilə bağlı danışqılar keçən həftədən aparılır, lakin sərhəddə yaranmış vəziyyətlə əlaqədar xammalın gətirilməsi mümkün deyildi.

“Kiyev Moskvanı Krımla şantaj edir”

Kiyev rəsmiləri bildirirlər ki, onlar Rusiyadan kömür təchizatının Krımın da vəziyyətinə müsbət təsir göstərəcəyinə inanırlar.

Rusiyadan Ukraynaya veriləcək elektrikin həcmləri barədə rəqəmlər açıqlanmayıb.

Rusiyanlın hökumət yönlü qəzetləri əslində Kiyevin Moskvanı Krımla şantaj etdiyini yazırlar.

Onların fikrincə, hazırda Ukraynanın Rusiyaya təzyiq siyasəti baş tutur.

Bu özünü başqa sahələrdə də göstərir.

Məsələn, Ukrayna və qiymaçılar arasında ötən cümə keçirilmiş əsir dəyiş-düyüşündə Rusiya yönlü separatçılar daha üzüyola olublar.

Xəbər verilir ki, qiyamçı tərəf əlavə olaraq dörd məhbusu Ukraynaya təhvil verib.

Kiyev yaraqlı əsirləri dəyişmir

Ukraynanın müdafiə məsələləri üzrə müşaviri Vasyliy Budik deyib ki, cümə günü Ukrayna tərəfi 222, qiyamçılar isə 146 əsiri qaytarıblar.

Rəsmi vurğulayıb ki, Ukraynanın təhvil verdiyi məhbusların arasında bir nəfər də olsun, yaraqlı yoxdur.

Separatçılar isə bir qayda olaraq Ukrayna ordusunun əsgərlərini təhvil verirlər.

Rusiyanın mart ayında ilhaq etdiyi Krımla quru əlaqəsi yoxdur və nəqliyyat yalnız Ukrayna ərazisi ilə işləyir.

Rusiyadan Krıma birbaşa yalnız Azov dənizindəki bərələrlə gedib-gəlmək mümkündür.

BBC xəbər verir ki, əsirlərin dəyişdirilməsi tərəflər arasında Minskdə imzalanmış atəşkəs sazişinin 12 maddəsindən biridir.

Ukrayna Müdafiə Nazirliyi bildirir ki, tezliklə daha 10-12 hökumət əsgərinin qaytarılacağı gözlənilir.

Vədlər və reallıqlar

Ukrayna Milli Təhlükəsizlik Şurasından polkovnik Andriy Lysenko deyib ki, Krımla nəqliyyat rabitəsinin dayandırılması təhlükəsizlik tədbirləri ilə bağlıdır.

Krım beynəlxalq miqyasda da məhdudiyyətlər və sanksiyalarla üzləşir.

ABŞ ilhaq olunmuş ərazi ilə hər hansı ticarət əlaqələrinə qadağan qoyub.

Vaşiqntonun yeni sanksiyaları ilə əlaqdar Krımda həmçnin Visa və Mastercard ödəniş kartlarından istifadə mümkünsüz olub.

Bəzi məlumatlara görə, Krım əhalisi Skype, Facebook və tvitter kimi internet xidmətlərindən də məhrum ola bilər.

Ötən mart ayında Krım Rusiya tərəfindən ilhaq olunarkən baş nazir Dmitry Medvedev yarımadanın əhalisinə Rusiyadakından qat-qat yüksək əmək haqqı vəd etmişdi.

Lakin elə həmin vaxt Rusiyanın Maliyyə Nazirliyi bunun üçün vəsaitin olmadığını demişdi.

Bahalı ilhaq

Bir çox təhlilçilər Krımın ilhaqı və Ukraynanın şərqindəki müdaxiləninRusiya üçün daşıya bilməyəcəyi maliyyə yükünə çevriləcəyi ehtimalını əvvəlcədən bidirmişdilər.

İndi isə qış sərtləşdikcə reallıqlar özünü göstərməyə başlayır.

İndi Moskva Kiyevi Donetsk və Luqansk regionundakı əhali üçün müavinətləri bərpa etməyə çağırıb.

Başqa sözlərlə bu o deməkdir ki, Moskva bu yükü üzərinə götürmək niyyətində və ya taqətində deyil.

Bəzi müşahidəçilər diqqəti belə bir məqama çəkirlər ki, ötən həftə Minskdə keçirilən danışıqlarda separatçılar artıq müstəqillikdən yox, Donbas regionu üçün xüsusi statusdan danışıblar.

Luqanks və Donetskin Moskvanın dili ilə danışdığı nəzərə alınarsa, Kreml mövqeyini yumşaltmağa məcbur olub.

XS
SM
MD
LG