Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 20:48

Ukrayna qənaətə keçir


Ukrayna 2015-ci il üçün qənaət büdcəsini təsdiq edib. Qanun layihəsini təqdim edən baş nazir Yatsenyuk deyib ki, bu büdcə idealdan uzaqdır.

Qənaət büdcəsinə səbəb Beynəlxalq Valyuta Fondundan 17 milyard dollarlıq kreditin növbəti hissəsini ala bilməkdir.

Büdcədə 4 milyard dollar kəsir olacaq.

Hərbi xərclər 5,7 milyard dollara çatdırılır. Bu, 8 faiz artımdır.

Sosial xərclər 1 milyard dollar azaldılır. Buna kənd yerlərində 400 məktəbin bağlanması da daxildir. 2 ilə 100 min müəllim işsiz qalacaq.

Büdcə gələn il ÜDM-un 4,3 faiz azalmasını nəzərdə tutur. İnflyasiya gələn il13 faiz olmalıdır.

XS
SM
MD
LG