Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 03:02

Azyaşlı oğlan uşağı 2 nəfəri edam edir


İŞİD videosundan görüntülər
İŞİD videosundan görüntülər

Orta Asiyadakı media orqanları və internet saytlar qazax uşağın rus casusu olduğu bildirilən 2 edam etməsi haqda videonu internetdən yığışdırmağa başlayıblar. Bəziləri ümumiyyətlə bu haqda xəbəri də tam olaraq qaldırıb.

Azyaşlı uşaq 2 nəfəri edam edir
Azyaşlı uşaq 2 nəfəri edam edir

7 DƏQİQƏLİK VİDEO

Yanvarın 13-də İslam Dövləti yaraqlılarının yaydığı və sosial şəbəkələrdə paylaşılan video İçimizdəki Düşmənin Aşkarlanması adlanır. 2 nəfər Rusiya Federal Təhlükəsizlik Xidməti – FSB-nin onları casus kimi işə cəlb elədiyini və Suriyadakı döyüşçüləri izlədiklərini etiraf edirlər.

Onlardan biri özünü Qazaxıstanın Jambul rayonundan olan Zhanbolat Mamaev, digəri isə özünü milliyətcə rus olan Sergei Ashimov kimi təqdim edirlər.

Etiraflardan sonra casus olduğu iddia olunan iki nəfər qazax oğlan tərəfindən güllələnir.

QAZAX MEDİASI VİDEONU GÖZMƏZDƏN GƏLİR

Sözügedən video Rusiya mediasında geniş yayılsa da, Qazaxıstanın özündə ya mətbuat bu haqda heç xəbər vermir, ya da ümumiyyətlə çox az xəbər veriblər. İnterfax Qazaxıstan video haqda ümumi məlumat yaysa da, orada güllənənlərin özlərini bu ölkədən olduqlarını etiraf etməsi detalını gizlədiblər. Delovoy Kazaxstan video haqda çox geniş məlumat qoysa da, öldürülənlərin bu ölkədən olduqlarını bildirmir.

RƏSMİLƏR ŞƏRH VERMƏK İSTƏMİR

Astana

Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsindən Rusiyanıln Vedemosti saytına deyiblər ki, “video ilə bağlı hər hansı şərh vermirlər, sadəcə oradakı informasiyaların həqiqiliyini yoxladıqlarını deyə bilərlər”.

Dəməşq

Rusiyanın Suriyadakı səfirliyinin sözçüsü Oleg Samochkin isə bildirib ki, hazırda onlar bu ölkədə Rusiya vətəndaşlarının edam olunub-olunmadığını araşdırırlar, xüsusən də Rusiya xüsusi-xidmət orqanlarının personalı arasından. Samochkim əlavə edib ki, hələ ki, o videodakıların Rusiya vətəndaşı olması haqda heç bir ipucu əldə etməyiblər.

Moskva

Videoda edam olunanların etiraflarında FSB-yə işlədikləri iddia olunurdu, ancaq FSB videodakı iddialar haqda heç bir şərh vermir.

SURİYADA QAZAXISTANLI İŞİDÇILAR

Qazaxıstanın Mili Təhlükəsizlik Komitəsinin sədri Nurtai Abykaev ötən ilin novabr ayında deyirdi ki. onlarda olan informasiyaya görə Suriyada hazırda bu ölkənin 300 vətəndaşı vuruşur, onlardan yarısı qadınlardır. 2013-cü ildə internetdə 150 Qazaxıstan vətəndaşından ibarət qrupun İslam Dövlətinə qoşulduğunu göstərən video yayılmışdı.

Ötən ilin noyabrında isə İslam Dövləti Suriyada təlim keçən bir qrup Qazaxın təlim çəkmə görüntülərini yayımlamışdı.

Həmin videoda təlim keçən qazax oğlan uşağının böyüyüb kafirlərin başını kəsən adam olacağı deyilirdi. O vaxt Qazaxıstan hökuməti bu videodan qəzəblənib ölkədə yayılmasını qadağan etmişdi.

XS
SM
MD
LG