Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 01:52

Qarabağ müharibəsi zamanı Azərbaycana 190 milyard dollar zərər dəyib


Qarabağ döyüşləri - 1992
Qarabağ döyüşləri - 1992

-

Dağlıq Qarabağ münaqişəsi nəticəsində indiyədək respublikaya dəymiş zərərin məbləği hesablanıb.

Trend-in məlumatına görə, Dağlıq Qarabağ ərazisinin və ətraf 7 rayonun işğalı nəticəsində Azərbaycanın tarix və mədəniyyət abidələri üzrə dəyən zərər 177 milyard, əhalinin mülkiyyətinə dəyən zərər isə 55.4 milyard ABŞ dollarıdır.

Hesablamanı «MBA LTD» Qiymətləndirmə şirkətinin prezidenti, Azərbaycanın məruz qaldığı itki və tələfatların hesablanması üzrə İşçi Qrupunun üzvü Nüsrət İbrahimov «Müasir Azərbaycanın unikal inkişaf modeli və tarixi erməni təcavüzünün beynəlxalq qiymətləndirilməsinin reallıqları» mövzusunda konfransda deyib.

N.İbrahimov əlavə edib ki, Azərbaycanın yerüstü və yeraltı təbii sərvətlərinin işğalçı tərəfindən talan edilməsi nəticəsində dəymiş birbaşa və dolayı zərərlərin 190 milyard ABŞ dollarından artıq olacağı heç kəsdə şübhə doğurmur.

Onun dediyinə görə, Azərbaycanın itkiləri təcavüzü davam etdiyi müddətdə ilbəil artır.

XS
SM
MD
LG